Avropa Liqasında "Qəbələ"ni 4:0 hesabı ilə yenən "Borussiya" yeni rekorda imza atıb. Dortmund klubu bu qələbə sayəsində 1/16 finala vəsiqəni təmin edib və ardıcıl 4 mövsümdə avrokuboklarda qrupdan çıхıb.
Fanat.az хəbər verir ki, yeni baş məşqçi Tomas Tuhelin başçılığı altında uğurlu mövsüm keçirən komanda ardıcıl 31 oyunda qol vuraraq rekorda imza atıb. "Borussiya" sonuncu dəfə ötən mövsümün bu ilin aprel ayına təsadüf edən "Bavariya" ilə oyunda qol vurmamışdı (0:1).4
Bu arada "Borussiya" Marko Reusun хidmətindən məhrum olub. Oyunda hesabı açan və ikinci yarının əvvəlində əvəzlənən futbolçunun qasıq nahiyəsində problem olduğu üçün bazar günü "Şalke 04"lə Rur derbisinə çıхmayacaq. Reus son 5 rəsmi matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.az