Topaz Premyer Liqasında XII tura yekun vurulub. Fanat.az хəbər verir ki, yığmaların oyunlarına görə yaranacaq fasilədən öncəki son oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Qəbələ" "İnter"i qəbul edib. Hesabı 30-cu dəqiqədə Aleksey Antonov açıb. 5 dəqiqə sonra "İnter"dən Dieqo Martins fərqlənib. Bundan sonra oyunda qol olmayıb - 1:1. Bununla da "Qəbələ" qələbə həsrəti 4, "İnter" 3 tura çatıb.
Qeyd edək ki, ilk 2 oyun günündə turun 4 oyunu baş tutub. "Zirə" "Sumqayıt"ı, "Rəvan" "Neftçi"ni 3:2, "Qarabağ" "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yenib, AZAL - "Kəpəz" oyununda qalib müəyyənləşməyib - 1:1.
Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XII tur
9 noyabr
Qəbələ - İnter 1:1
Qol: Aleksey Antonov, 30 - Dieqo Martins, 35.
Qəbələ: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 8. Məhəmməd Mirzəbəyov (34. Ürfan Abbasov, 46), 9. Sergey Zenyov (66. Samir Zərgərov, 77), 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra (6. Rəşad Sadiqov, 90), 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 5. Georgi Floresku, 25. Qismət Alıyev, 44. Rafael Santos.
Baş məşqçi: Roman Qriqorçuk.
İnter: 1. Səlahət Ağayev (k), 5. Denis Silva, 6. Laşa Salukvadze (4. Laşa Kasradze, 71), 8. Nizami Hacıyev (30. Abbas Hüseynov, 90), 9. Limam Seydi (77. Emilian Vila, 82), 14. Zurab Xizanişvili, 15. Stepan Polyak, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 88. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 10. Elnur Abdullayev, 17. Mirsahib Abbasov, 18. Mansur Nəhavəndi.
Baş məşqçi: Zaur Svanadze.
Sarı vərəqələr: Məhəmməd Mirzəbəyov, 36 (qeyri-idman hərəkəti). Ürfan Abbasov, 68 (qeyri-idman hərəkəti). Voyislav Stankoviç, 71 (sistematik qayda pozuntusuna görə). Elvin Camalov, 79 (qeyri-idman hərəkəti); Arif Daşdəmirov, 90+3 (qeyri-idman hərəkəti) - Səlahət Ağayev, 77 (qeyri-idman hərəkəti). Abbas Hüseynov, 90+4 (oyunun bərpasını ləngitdiyinə görə).
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Kamran Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 12 | 9 | 2 | 1 | 21-8 | 29 |
2 | Qəbələ | 12 | 6 | 4 | 2 | 19-7 | 22 |
3 | Zirə | 12 | 5 | 6 | 1 | 13-10 | 21 |
4 | İnter | 12 | 5 | 5 | 2 | 10-8 | 20 |
5 | Kəpəz | 12 | 5 | 4 | 3 | 15-11 | 19 |
6 | Neftçi | 12 | 3 | 4 | 5 | 13-15 | 13 |
7 | Xəzər Lənkəran | 12 | 3 | 3 | 6 | 10-16 | 12 |
8 | Sumqayıt | 12 | 2 | 5 | 5 | 11-15 | 11 |
9 | AZAL | 12 | 2 | 3 | 7 | 6-15 | 9 |
10 | Rəvan | 12 | 1 | 2 | 9 | 7-20 | 5 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ), Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 5. Aleksey Qay (Qəbələ), Samuel Armenteros (Qarabağ), Juninyo (Kəpəz), Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 4. |
Fanat.az