10:42 10.11.2015 605

Ruslan Abışov: "Getdikcə hər şey daha da çətinləşir"

"Qələbə qazanmaq istəyirdik. Bütün oyun üstünlüyümüz şəraitində keçdi. Yenə də hücum edən tərəf biz idik. Amma qol epizodlarından yararlana bilmədik. Məncə, artıq bu vəziyyətdən çıxmağın vaxtıdır. Getdikcə hər şey daha da çətinləşir. Amma inanırıq ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra hər şey bizim üçün yaxşı olacaq.

Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin və Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov noyabrın 9-da ölkə çempionatının 12-ci tur oyunundan sonra bildirib. Futbolçu daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Belə vəziyyətə düşməyinizin səbəbi nədir: Komandada nə çatışmır?
- 90 dəqiqə hücumda oynayırıq. Nədənsə, qol vəziyyətlərindən yararlana bilmirik. Sanki komanda tilsimə düşüb, qol vurmaqda çətinlik çəkir. Məncə, psixoloji səddi keçmək lazımdır ki, qarşıdakı oyunlarda xal itirməyək.

- "Qəbələ"nin ardıcıl xal itkisi baş məşqçi Roman Qriqorçukun Ukrayna millisinə gedəcəyinə dair xəbərlər çıxandan sonra başladı. Belə söz-söhbətlərin komandanızın oyununa təsiri varmı?
- Əvvəllər də bildirmişdim ki, heç birimiz o barədə fikirləşmirik. Baş məşqçimiz yanımızdadır, sonadək bizimlə birgədir. İnanıram ki, o, belə vəziyyətdə heç vaxt bizi qoyub getməyəcək.

- Sergey Zenyovun zədələnməsi oyununuza nə dərəcədə təsir etdi?
- Əlbəttə, təsir etdi. Oyundan əvvəl hansı sistemlə oynayacağımız bilinirdi. Zenyovun vəzifəsi də məlum idi. Düzdür, Samir Zərgərov da yaxşı çıxış etdi. Deməzdim ki, Zenyovdan pis təsir bağışladı.

- Son 2 oyunda qollar buraxırsınız. Müdafiə xətti barədə nə deyərdiniz?
- "Kəpəz"lə oyunda da əks-hücum nəticəsində qollar buraxmışdıq. Bugünkü görüşdə də rəqib bizi, demək olar ki, eyni vəziyyətdə yaxaladı. Amma futbolda belə şeylər olur. Əsas odur ki, səhvlərdən nəticə çıxaraq və qarşıdakı oyunlarda eyni hallara yol verməyək.

- Xal itkisini yorğunluqla əlaqələndirmək olar?
- Deməzdim ki, yorğunluqla bağlıdır. Sadəcə, komanda üzərində psixoloji cəhətdən çətinlik var. Qol vurmaqda çətinlik çəkirik. Əvvəlcə bu səddi aşmaq lazımdır. Ardınca hər şey yoluna düşəcək.

- Azərbaycan millisindən danışaq. Moldova ilə yoldaşlıq görüşü Bakı Olimpiya Stadionuna təyin olunub. Məgər bu oyuna nə qədər tamaşaçı gələcək ki, belə iri tutumlu arenada keçirilməsinə qərar verilib?
- Bakı Olimpiya Stadionunda oyun keçirmək yaxşı haldır. Amma bu barədə mənim fikir bildirməyim düzgün olmazdı. Artıq AFFA qərar verib. Hara təyin edilməsindən asılı olmayaraq, futbolçunun işi oyununu sərgiləməkdir.("Report")

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X