AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə "Rəvan"ın futbolçusu Ramazan Abbasovu bir oyunluq cəzalandırıb.
Buna səbəb onun "Sumqayıt"la oyunun 89-cu dəqiqəsində simulyasiyaya görə ikinci sarı vərəqəni alaraq meydandan qovulması olub. Klub isə buna görə 200 manat cərimə olunub.
AFFA həmçinin bu oyunda hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılması və İntizam Komitəsinə məlumat verilməsi barədə qərar çıxarıb. Qeyd edək ki, "Rəvan" matçın baş hakimi Fariz Yusifovdan narazı qalıb və onun Abbasovu haqsız yerə meydandan qovduğunu açıqlayıb.
Fanat.az