AFFA İntizam Komitəsi «Qəbələ»nin türk məşqçisi Halim Fıçıcını cəzalandırıb. İdman24.az xəbər verir ki, buna səbəb onun hərəkəti olub.
Belə ki, U-15 liqasının «Əlincə» ilə oyunun 50-ci dəqiqəsində türk mütəxəssis təhqiredici hərəkətə yol verib. Buna görə o, 5 oyunluq cəzalandırılıb.
U-14 liqasının «İnter» – «Neftçi» matçının 20-ci dəqiqəsində «ağ-qaralar»ın baş məşqçisi Ramil Həbibov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılıb və AFFA tərəfindən 1 oyunluq cəzalandarılıb.
U-16 liqasında «Neftçi»nin üzvü İbrahim Əliyev, «Turan»ın futbolçusu Natiq Qüdrətov, U-13 liqasında «İnter»in oyunçusu Bayram Paşazadə, həvəskarlar arasında Azərbaycan birinciliyində isə «Ağstafa»nın Vüqar Qurbanov hakimi təhqir edib. Bu səbəbdən İbrahim, Natik və Vüqar 4, Bayram 5 oyunluq cəzalandırılıb.
İdman24.az