AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın V turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçi" ilə oyunun 48-ci dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərqə alan "Bakı"nın üzvü Cavid Hüseynov 3 oyunluq cəzalandırılıb, klub 3000 manat cərimə olunub. Bir dəqiqə sonra ehtiyat qapıçı Aqil Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərqə alaraq texniki zonadan kənarlaşdırılıb. Bu gün milliyə dəvət alan qolkiperə 4 oyunluq cəza verilib, "Bakı" 4000 manat cərimələnib.
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze "Simurq"la oyundan sonra mətbuat konfransına gəlməmişdi. Bu səbəbdən bank klubu 1000 manat cərimə ödəyəcək.
"Qarabağ" isə AZAL-la oyunda 5 futbolçusu sarı vərəqə aldığından eyni məbləğdə cərimələnib.
Fanat.az