23:38 17.11.2015 497

"Onun yerində alternativ futbolçu görmürəm" - Robert Prosineçki

“Birinci hissədə indiyə qədər ən yaxşı oyunumuzu göstərdik. Düzdü, fasiləyə az qalmış qapımızdan qol buraxdıq. Amma çox razı qaldım. Milli bu gün ümumi 90 dəqiqə ərzində yaxşı oyun göstərdi”. Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Millimiz bu gün Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq görüşü keçirib. Komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra xorvatiyalı çalışdırıcı jurnalistlərin önünə çıxıb.

 

Prosineçki oyunla bağlı bunları əlavə edib: “Rəşad Sadıqov, Ruslan Abışov, Dmitri Nazarov, Eddi İsrafilov və Araz Abdullayev kimi əsas futbolçularımız bu gün bizə kömək edə bilmədilər. Əvəzində çoxlu sayda gənc oyunçuya şans verdim və onların da çıxışından razı qaldım”.

 

- Debütantlardan daha çox kimin oyunundan razı qaldız? Bu gün gənclərə şans verməyiniz əsas verirmi ki, millidə heyət yeniləcək?

- Bu gün əsas heyətdə Pavel Paşayev və Rəhman Hacıyev, həmçinin Elşən Rzazadə, Aqil Məmmədov və Ürfan Abbasov ilk dəfə yer aldılar. Ağabala ikinci dəfə oynadı və daha çox onun çıxışından razı qaldım. Digərləri də bacarıqlarını göstərdilər. Sevindirici haldı ki, Eddi “Eybar”da heyətə düşür, Nazarov klubunda oynayır, Ruslan Abışov “Qəbələ”də çempionat görüşündə çıxış edir. Namiq Ələsgərov klubunda məşqlərə başlayıb, Azərbaycanın ən istedadlı oyunçularından biridi. Ümid edirəm ki, Cavid Hüseynov da futbola qayıdacaq. O, Malta ilə ev və Norveçlə səfər matçında komandamızın ən yaxşılarından idi. Biz inanırıq ki, növbəti seçmə mərhələdə kim Azərbaycana gələcəksə, onları çətin çıxış gözləyəcək.

 

- Maksim Medvedev müdafiənin mərkəzində özünü doğrultdumu və gələcəkdə müdafiənin mərkəzi ilə bağlı hansı alternativ variantları düşünürsüz?

- Təəssüflər olsun ki, həmin mövqeyə çox böyük problemlərimiz var. Həmin mövqedə mən istədiyim səviyyədə futbol oynayan alternativ oyunçu görmürəm. Səhv etmirəmsə, Maksim bu mövqedə 3-cü oyununu keçirib. Mən onun oyunundan razı qaldım. Düzdü, buraxdığımız qolda onun səhvi var idi, rəqib futbolçunu boş buraxdı. Amma unutmayaq ki, müdafiənin mərkəzi onun doğma mövqeyi deyil. “Kəpəz”in oyununu da canlı izləmişəm, Tərlan Quliyevi görmüşəm. Mən Tərlanı sol cinah müdafiəçisi kimi düşünürəm. Məncə, bu mövqedə daha çox xeyir verər. Fakt odu ki, Rəşad Sadıqov oynaya bilməyəndə onun yerində alternativ futbolçu görmürəm.

 

- U-21 yığmamızın bu gün Rusiya ilə keçirdiyi görüşə baxmısızmı və əsas yığma üçün kimlərisə kəşf etmisizmi?

- Bəli, bugünkü oyunu, həmçinin Almaniya və Avstriya ilə görüşləri izləmişəm. Bu gün Elnur Cəfərov və Elvin Camalov U-21-də oynayıblar. Əgər onların görüşü olmasaydı, hər ikisi əsas millidə olardılar. Gələcəkdə Adil Nağıyevi də dəvət edə bilərəm. Ümid edirəm ki, Coşqun Diniyev də əsas millidə qayıdacaq.

 

- Ötən seçmə mərhələdə yığmamızın hücum xəttində Rüfət Dadaşov çıxış edirdi. Siz onu tanıyırsızmı və gələcəkdə Rüfətdən istifadə etməyi düşünürsüzmü?

- Rüfət Almaniyanın 4-cü liqasında çıxış edir. Əgər o, orda oynamaqla, bizim futbolçulardan güclüdüsə, onda bizim futbolda problem var. Bura gələndə onun millidəki bütün oyunlarına baxmışam, amma bizim üçün alternativ deyil. Mən onu alternativ kimi görmürəm.(apasport.az)


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
16:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X