İnter” komandası UEFA Avropa Liqasının seçmə turnirinə hazırlıq çərçivəsində iki təlim-məşq toplanışı keçirəcək.
İyun ayının 2-dən 11-dək Türkiyədə keçiriləcək toplanışda komanda qardaş ölkənin aşağı liqasında mübarizə aparan klublarla iki yoldaşlıq matçı keçirməyi planlaşdırır. İyun ayının 14-də start götürəcək Avstriya toplanışındasa “İnter” 5 yoxlama oyunu keçirəcək. Belə ki, iyun ayının 18-də və 19-da Kaxaber Tsxadadzenin yetirmələri Avstriyanın yerli komandalarıyla qarşılaşacaqlar. Komandaların adları hələlik məlum deyil. Ayın 22-də "İnter" Rusiya Premyer Liqasının təmsilçisi “Terek”lə (Qroznı) üz-üzə gələcək. İki gün sonra “İnter” Çex Respublikasının təmsilçisi olan “Slaviya” komandasıyla gücünü sınayacaq. İyun ayının 27-dəsə Azərbaycan Çempionatının bürünc mükafatçısını Rumıniyanın “Buxarest” komandasıyla görüş gözləyəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının təsnifat mərhələsində birinci mərhələnin oyunları iyulun 3-də başlayacaq.
İdman24.az