Türkiyənin "Hürriyət" qəzetinin internet saytında "Qəbələ" ilə bağlı geniş yazı dərc olunub. Fanat.az хəbər verir ki, İsmail Erin imzası ilə yayımlanan yazıda "Qəbələ"nin "Beşiktaş"ın dünyaca məhşur tərəfdar qrupundan 15 nəfəri transfer etdiyi qeyd edilib.
Bildirilir ki, "Çarşı"nın "Asiya Qartalları" qrupunun amiqoları "İsmet İnönü" stadionunun sökülməsindən sonra Azərbaycandan təklif alıb. Türkiyədə önəmli dostlarının tövsiyyəsi ilə "Beşiktaş"ın matçlarına gedən "Qəbələ"nin prezidenti Tale Heydərov heyran qaldığı amiqolarla tək-tək görüşərək onlara transfer təklifi edib. Məqsədlərinin "Azərbaycanda inkişaf etməkdə olan futbol mədəniyyətini rəngləndirmək" olduğunu bildirən Heydərov onları ölkəmizə dəvət edib.
"Qəbələ"yə transfer olunan qrupun lideri, "Əsəbi" ləqəbli Sedat Özdemir "Həm ölkəmizin, həm də "Beşiktaş"ımızın reklamını edirik. Azərbaycanlı azarkeşlərə şüarlar və komandaya dəstək verməklə bağlı dərs keçirik. Otel, nəqliyyat məsələləri və bütün ehtiyaclarımız tam ödənilir. Futbolçular kimi astronomik məbləğdə transfer haqqı almamışıq. Amma klub prezidenti sağ olsun, bütün imkanları səfərbər edib və bizi çətinliyə salmır. Biz də komanda ilə bərabər qalırıq, qələbə qazananda mükafat alırıq. Komanda məğlub olanda heç nə istəmirik" deyib.
Anlaşmada nələr var?
1. Azərbaycana gediş-gəliş bileti
2. Gündəlik 100 dollar хərclik
3. Otel хərcləri
4. Yemək хərcləri
5. Komanda qalib gələndə mükafat
6. Evli amiqoların həyat yoldaşları üçün təyyarə bilet
Fanat.az