"Qəbələ"nin futbolçusu Ermin Zets Türkiyənin "Balıkesirspor" klubuna qarşı iddia qaldırıb. Fanat.az хəbər verir ki, bosniyalı futbolçu sabiq klubundan 1,8 milyon avro tələb edir.
Bu barədə Türkiyə mətbuatına "Balıkesirspor"un rəsmisi Şahkan Saltık məlumat verib: "Klubun 27 milyon 130 min lirə borcu var. Ermin Zets 1 milyon 800 min, Kulusiç 1 milyon 150 min, Santos 875 min avro almalıdı".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol