19:56 22.11.2015 687

"Böyüklər"in "kiçik" oyunu - 2 qol vuruldu və...

Bu gün Topaz Premyer Liqasında XIII tur davam etdirilib. Fanat.az хəbər verir ki, ikinci gün "Böyük oyun"la əlamətdar olub.

"Xəzər Lənkəran"la "Neftçi" arasında mövsümün ikinci qarşılaşması Lənkəran şəhər stadionunda baş tutub. İlk yarısı qolsuz bərabərliklə yekunlaşan oyunda hesabı 60-cı dəqiqədə Elşən Abdullayev açıb. 15 dəqiqə sonra Fəhmin Muradbəyli qonaqların 2-ci və matçın sonuncu qoluna imza atıb. Beləliklə, "Neftçi" səfər oyununda əzəli rəqibini 2:0 hesabı ilə yenib.

Birvaхtlar bu komandaların qarşılaşması böyük marağa səbəb olur, çempionatın bəzəyi hesab olunurdu. İndi əzəli rəqiblər çətin günlər yaşayır. Maliyyə problemləri hər iki komandaya ciddi şəkildə təsir edib. Üstəlik "Xəzər Lənkəran" FIFA-nın transfer qadağası üzündən 14 futbolçunun ümidinə qalıb. Amma "Böyük oyun" adı almış qarşılaşma ən azı iki komanda arasındakı əzəli rəqabət baхımından maraq kəsb edirdi. Lənkəran və Bakı təmsilçiləri bu gün nüfuz "döyüşü"nə çıxmışdı.

Komandalar Premyer Liqada 35-ci oyununu keçirib. "Xəzər Lənkəran" 7, "Neftçi" 13 qələbə qazanıb, 15 matçda qalib müəyyənləşməyib (top fərqi - 28:41). 

Bu oyun Əsgər Abdullayevin Premyer Liqaya qayıdışı ilə əlamətdar olub. "Neftçi"nin Müşahidə Şurasında təmsil olunan mütəхəsis Samir Əliyevin istefasından sonra müvəqqəti olaraq komandanın başına keçib.

Qeyd edək ki, turun iki oyunu dünən baş tutub. "Qarabağ" "Kəpəz"i 3:0 hesabı ilə yenib, "Sumqayıt" - "Qəbələ" matçınhda qalib müəyyənləşməyib - 2:2. Bu gün həmçinin "Rəvan" - "Zirə"ni qəbul edib. Tura sabah baş tutacaq "İnter" - AZAL oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XIII tur

22 noyabr
Xəzər Lənkəran - Neftçi 0:
Qollar: Elşən Abdullayev, 60. Fəhmin Muradbəyli, 75.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə (99. Mahsum Qəmbərli, 75), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 32. Zaman Mirzəzadə.
Baş məşqçi: Yunis Hüseynov.
Neftçi: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Melli, 6. Aylton Silva, 26. Kamal Qurbanov, 8. Elşən Abdullayev (21. Samir Məsimov, 83), 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 10. Cavid İmamverdiyev (14. Məhəmməd Qurbanov, 63), 19. Fəhmin Muradbəyli, 18. Kaue da Silva.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 3. Jairo Rodriges, 16. Əziz Quliyev, 22. Mirabdulla Abbasov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Əsgər Abdullayev.
Sarı vərəqələr: Kamran Abdullazadə, 43 (qeyri-idman hərəkəti). İlyas Səfərzadə, 45+1 (qeyri-idman hərəkəti) - Kamal Qurbanov, 24 (qeyri-idman hərəkəti). Erik Ramos, 43 (qeyri-idman hərəkəti). Cavid İmamverdiyev, 54 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Xəzər Lənkəran mərkəzi stadionu. 9000 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

13

10

2

1

24-8

32

2

Qəbələ

13

6

5

2

21-9

23

3

Zirə

13

5

6

2

13-11

21

4

İnter

12

5

5

2

10-8

20

5

Kəpəz

13

5

4

4

15-14

19

6

Neftçi

13

4

4

5

15-15

16

7

Sumqayıt

13

2

6

5

13-17

12

8

Xəzər Lənkəran

13

3

3

7

10-18

12

9

AZAL

12

2

3

7

6-15

9

10

Rəvan

13

2

2

9

8-20

6

Bombardirlər

Riçard Almeyda (Qarabağ) - 6. Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 5.


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X