14:58 22.11.2015 576

"Elvin Camalov meydanda dominantlıq etməyə layiqdi"

21 yaşlılardan ibarət yığma komandamız (U-21) 2017-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını keçirib. Yaşar Vahabzadənin başçılıq etdiyi komanda Almaniya və Rusiya yığmaları ilə çətin sınaqlarda yaxşı təsir bağışlayıb.


Qrup lideri - Almaniya millisi ilə səfər matçında xal qazanmaq mümkün olmasa da, hesabı açan tərəf Azərbaycan olub. Məqsəd İsayevin 30-cu dəqiqədə fərqlənməsinə meydan sahibləri 3 qolla cavab veriblər - 3:1.


Beş gün sonra yığmamız rusiyalı yaşıdları ilə qarşılaşıblar. “Bayıl Arena”da keçirilən oyunda inamlı təsir bağışlayan gənclərimiz böyük hesabla qələbə qazanıblar - 3:0. U-21-nin yeni hücumçusu Kərəm Benhke dubl edib (11 və 39-cu dəqiqələr), daha bir qolu

isə 69-cu dəqiqədə penalti zərbəsindən yarımmüdafiəçi Elşən Abdullayev vurub. Rusiya yığmasının əsas qol ümidi, əslən azərbaycanlı olan hücumçu Ramil Şeydayevin həmlələri də nəticəsiz qalıb. Bu, Azərbaycan U-21-nin uzun fasilədən sonra rəsmi oyunda ilk böyükhesablı qələbəsi olub.


Yığmanın son iki oyununda “Qəbələ”nin üzvü Elvin Camalov da çıxış edib. 20 yaşlı yarımmüdafiəçi həmin oyunları əvəzolunmadan keçirib. Millimizin çalışdırıcısı “Qəbələ İK”ya açıqlamasında öncə qələbədən danışıb: “Futbolçularımız Rusiya ilə oyuna yaxşı köklənmişdilər. Almaniyada uduzsaq da, futbolçularımız mübariz komanda oyunu göstərmişdilər. Bunun davamını Bakıdakı matçda gördük. Yaratdığımız qol imkanlarından maksimum istifadə edərək, layiqli qələbə qazandıq”.


Vahabzadə qələbədə Elvinin də böyük əməyi olduğunu dedi. Bildirdi ki, Camalov dayaq yarımmüdafiəçisi mövqeyində etibarlı oyunu ilə seçilir: “Yığmada Elvin kimi futbolçular var ki, öz klublarında mütəmadi çıxış edirlər. Bunun nəticəsində oyun praktikası qazanır və həmişə formada olurlar. Belə futbolçular yığmada da aparıcı rola malikdirlər. Camalov yarımmüdafiənin mərkəzində ən önəmli futbolçularımızdandı və meydanda dominantlıq etməyə layiqdi. Doğrudu, mövqeyi ilə bağlı Elvinlə söhbətim olub. Onu cinahda oynatmaq istəyirdim. Ancaq Elvin sübut etdi ki, dayaq yarımmüdafiəçisi əsl onun mövqeyidi”.


55 yaşlı mütəxəssis əsas komandamızın digər gənc yarımmüdafiəçisi Qismət Alıyevi də diqqətdə saxladıqlarını dedi: “Sadəcə, o, ehtiyatda qaldığından çağırmırıq. Biz təkcə “Qəbələ”də deyil, bütün klublarda U-21-ə namizəd futbolçuları diqqətdə saxlayırıq. Onların arasında əvəzedici heyətin üzvləri də var. Kim özünü yaxşı göstərir, diqqətimizi cəlb edirsə, dəvət göndəririk. Ancaq məsələ ondadır ki, əvəzedici heyət üzvünün Almaniya və Rusiya yığması kimi rəqiblərə qarşı mübarizə aparmağa gücü çatacaqmı? Bizə Premyer Liqada oynayan hazırlıqlı futbolçular lazımdı. Bu baxımdan əsas komandanın heyətində müntəzəm oynayan futbolçunun yolu U-21-ə daha yaxındı”.


Qeyd edək ki, Almaniya və Rusiya ilə oyunlara çağırılan müdafiəçi Sadiq Quliyevlə yarımmüdafiəçi Tellur Mütəllimov da müqaviləylə “Qəbələ”nin futbolçularıdı. Bu futbolçular icarə əsasında “Zirə”də çıxış edirlər. Əsas yığmamız kimi U-21 üçün də il başa çatıb. Yaşar Vahabzadənin komandası növbəti oyununu 2016-cı il martın 24-də keçirəcək. Yenə ruslarla qarşılaşacaq yığmamız bu dəfə rəqib meydanında mübarizə aparacaq.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X