Adil Şükürov "Rəvan"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi bunları deyib:
“Rəvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Biz isə iki həftə ərzində işlədiyimiz tapşırıqları tam yerinə yetirə bilmədik. Daha sürətli futbol oynamağa çalışdıq, lakin ümumi səhvlərimiz vardı. Rəqib qələbə qazanmağımıza imkan vermədi. Açığı, futbolçular meydançada istəkli idilər, qələbə qazansaydıq, turnir cədvəlində yerimiz dəyişəcəkdi. Lakin alınmadı".
Fanat.az