Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək PAOK - "Qəbələ" matçının hakimləri müəyyənləşib.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunanıstanda keçiriləcək oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, noyabrın 26-da keçiriləcək PAOK - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Xatırladaq ki, Yakob Kehletin başçılıq etdiyi hakimlər briqadası daha öncə Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən "Monako" - "Qarabağ" oyununu idarə edib. Həmin görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Baş hakim: Jakob Kehlet
Köməkçi hakimlər: Henrik Larsen, Lars Riks
Əlavə köməkçi hakimlər: Mads-Kristoffer Kristoffersen, Peter Kyasqaard-Andersen
Dördüncü hakim: Lars Hummelgaard
Qaynar.info