AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Məlum olub ki, “İnter”in oyunçusu Nizami Hacıyev meydançaya protokolda qeyd olunduğu 8 №-li forma əvəzinə 80 №-li forma ilə çıxıb. Oyunun 12-ci dəqiqəsində hakimin göstərişi ilə formasını dəyişib. Bununla əlaqədər olaraq İntizam Komitəsi "İnter" klubunun yuxarıda göstərilmiş hadisəyə cavabdeh olan şəfxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edilib.
"İnter" AZAL-la görüşdə, "Sumqayıt" "Qəbələ" ilə oyunda, "Zirə" "Rəvan"la matçda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə edilib.
Fanat.az