AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"İnter"lə oyunun 29-cu dəqiqəsində AZAL-ın futbolçusu Məhəmməd Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alıb. Komitə onu 1 oyunluq cəzalandırıb, klubu 100 manat cərimə edib.
"Rəvan" 5, "Zirə" və "İnter" 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.
Fanat.az