21:30 03.09.2013 741

Əfran İsmayılov: "Pantiç Azərbaycandakı ən güclü məşqçi deyil" - MÜSAHİBƏ

Milli komandamızın üzvü Əfran İsmayılovun müsahibəsi

 

- Azərbaycan milli komandasının İsrail yığması ilə sentyabrın 7-də keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçından kənarda qalmağınız nə ilə əlaqədardı?

- Hələ “Neftçi” ilə oyundan əvvəl belimdə ağrılar var idi. Matçdan sonra həmin ağrılar daha güclü büruzə verdi. Həkimlərə müraciət etdikdə, fəqərələrimdə problemin olduğunu dedilər. Buna görə millimizin İsraillə oyununu buraxmalı olacağam. Halbuki ağrılar olmasaydı, hazırlıq prosesində iştirak edə bilərdim. Amma indi belə vəziyyətdəyəm, dincəlirəm.

 

- Zədəniz nə dərəcədə ciddidi?

- Çalışacağam ki, “Xəzər Lənkəran”la növbəti oyunumuzadək bərpa olunum və klubuma kömək edim.


- Amma məhz İsraillə oyun ərəfəsində səhhətinizdə problemin yaranması müəyyən söz-söhbətə yol açıb. Sizcə, bu şayiələr nə dərəcədə əsaslıdı?

- Bunlar boş-boş söhbətlərdi. Əgər zədəliyəmsə, getməyin nə mənası? Ondansa, Bakıda qalaraq, müalicəmi davam etdirməyi düşündüm. İnanmırsınızsa, özlərindən zəng edib soruşa bilərsiniz ki, nə söhbətdi, nəyə görə aparmırsınız?


- İsrailin Azərbaycandakı səfirliyinə viza üçün pasportunuz təqdim edilmişdi?

- Bəli. Səfirlikdən viza ilə bağlı heç bir problem yaratmamışdılar. Pasportuma viza möhürü də vurublar.


- Son turlar yaxşı formaya düşdüyünüz bir vaxtda gözlənilməz zədə oyununuza necə təsir edə bilər? 

- Bu problem millimizin oyunu ilə bağlı yaranan fasilə dövrünə təsadüf edib. Hələ 10 gündən çox vaxtım var. İnşallah, “Xəzər Lənkəran”la sentyabrın 14-də keçirəcəyimiz oyuna tam hazır olaram və klubuma kömək edə bilərəm.


- Baş məşqçi Milinko Pantiç “Bakı”nın bəzi futbolçularının ağır məşqlərə dözmədiyini və hətta aralarında qusanların da olduğunu bildirib... 

- Mən özüm ilk gündən məşqlərdə iştirak etmişəm. Pantiç gələn kimi birdən-birə futbolçuları yükləməyə başladı. Halbuki heç bir baş məşqçi ilk gündən belə məşq verməzdi. Biz tədricən yüklənmələrə öyrəşmişdik. İlk məşqdən yüklənmələrə uşaqlar hazır deyildilər. Uşaqların heç birində günah yox idi. Qusan isə gənc və arıq oyunçularımızdan biri idi. Amma söhbət bu dərəcədə şişdi. Halbuki şişirtməyə ehtiyac yox idi. Dözməsəydik, indiyədək heç kim komandada qalmazdı. Əksinə, məşqlər yaxşı olub ki, indi onun nəticəsini görürük.

 

- Elə Siz özünüz də Pantiçin gəldiyi ərəfələrdə yaxşı fiziki hazırlıq səviyyəsində deyildiniz...

- Çempionatın ilk 2 turunda ayağımda ağrılar var idi. Ona görə özüm oynamaq istəmirdim. Komandamız hər iki oyunu uduzdu. Başqa çıxış yolunun olmadığını görüb forma yığmağa başladım. Artıq dalbadal 3 matçdır qələbə qazanırıq. İnşallah, ardı gələr.

 

- Artıq çempionluq barədə düşünməyə başlamısınız?

- Heç kimin haqqı yoxdu ki, indidən çempionluq barədə fikirləşsin. Çempionat hələ təzə başlayıb. Belə fikirləri başdan çıxarmaq və yalnız futbolu düşünmək lazımdır. Əks halda, yüksək nəticə əldə etmək olmaz.

 

- Pantiçi Azərbaycanda çalışan baş məşqçilər arasında ən güclüsü saya bilərsiniz?

- Deməzdim. Hərənin öz oyun sxemi var. O cümlədən, Pantiçin də. Səviyyəli məşqçi söhbətinə gəldikdə, Azərbaycanda elələri var ki, ondan geri qalmırlar. Elə Qurban Qurbanovu götürək. Pantiç çox çalışıb çox iş görməyi tələb edir. Ona görə alqışlara layiqdi. İnanıram ki, əziyyətimiz yerdə qalmayacaq və bəhrəsini verəcək.


lent.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X