Roman Qriqorçuk: Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" sabah qrup mərhələsinin son səfər matçında PAOK-un qonağı olacaq. Fanat.az xəbər verir ki, qarşılaşmadan öncə təşkil olunmuş mətbuat konfransında çıxış edən təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandırıb.
- "Krasnodar"la səfər matçında da yağış yağmışdı. Bu gün də Salonikidə yağışlı hava şəraiti hökm sürür. Bu, sizi narahat etmir?
- Məni ən az narahat edən yağışısın yağmasıdı. Sabahkı proqnozda da havanın isti olacağı deyilir.
- Komandanın hazırda nə problemləri var?
- Dododan başqa hamı məşq edir. Zədəli futbolçular 2-3 həftəlik fasilədən sonra komanda ilə məşqlərə başlayıb. Buna baxmayaraq, risk edib onlardan start heyətində yararlana bilərik.
- Yunan təmsilçiləri ilə görüşlərdə "Qəbələ"nin məğlubiyyəti yoxdu. Bu seriya sabah da davam edəcəkmi?
- İdeal o olardı ki, bütün oyunlarda qalib gələk. Statistikalara önəm vermirəm. Ancaq istərdim ki, bu davam etsin. Oyuna qədər qrupun digər matçında qeydə alınacaq nəticəni biləcəyik. Əgər "Borussiya" qalib gəlsə, bizə əlavə motivasiya olacaq. Öz uğurumuzdan əlavə Dortmund təmsilçisi də qalib gəlməlidi. Biz də qalib gəlsək, bu, çox yaxşı hadisə olar. Növbəti oyunda da qələbə qazanıb, mükəmməl uğura imza ata bilərik.
- 4-5 il bundan öncə Azərbaycan klublarının qrup mərhələsində oynayacağı xəyal görünürdü. Artıq bunu "Qəbələ" də bacardı. Maraqlıdı bu müddət ərzində nə qazandız, nəyi itirdiniz?
- İtirdiklərimiz sadəcə, xallardı. Biz daha çox xal qazana bilərdik. Böyük təcrübə qazandıq. Bu da komandanın inkişafına kömək etdi. Daha irəli getmək istərdik. "Qarabağ"a da uğurlar arzulayıram. Bu, Azərbaycan futbolunun reytinqini qaldırır. Qrupdan çıxmaq şansı son oyuna qalsa, bu, həyatımın ən böyük hadisəsi olar. Artıq bu vəziyyəti bir dəfə yaşamışam. Növbəti dəfə bu hissi sizinlə birlikdə yaşamaq istəyirəm.(Sport7.az)
Fanat.az