Roman Qriqorçuk "Xəzər Lənkəran"la ilə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi bunları deyib:
“Gözləmirdim ki, “Xəzər Lənkəran” zəif oynasın. “Xəzər Lənkəran” öz meydançasında həmişə güclü çıxış edib. Biz Lənkəranda iki oyuna çıxmışıq. Hər iki qələbəni çox güc sərf etmək hesabına qazanmışıq. Rəqibin heyətində çox sürətli oyunçular var. Bütün bunlara baxmayaraq, əsas məsələ qələbə qazanmaq idi, bunu da bacardıq. Biz bir müddətdi ki, qələbə qazana bilmirdik və bu müəyyən narahatlıq yaradırdı. Sevindirici haldı ki, 3 xal əldə etdik”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol