19:42 04.09.2013 701

Millimizin sabiq üzvü Super Liqada oynayacaq

Milli komandamızın sabiq üzvü Murad Hüseynov təxminən 8 aylıq fasilədən sonra yaşıl meydana qayıdır. Fanat.az xəbər verir ki, 24 yaşlı hücumçu Serbiya çempionatında çıxış edəcək.


Belə ki, Murad Super Liqa təmsilçisi "Sloboda" klubuna keçib. Bu barədə məlumat yayın Serbiya mətbuatı müqavilənin müddəti barədə xəbər verməyib.


Qeyd edək ki, karyerasına Rusiyada başlayan Murad 2006/07 mövsümündə "Anji"nin formasını geyinib (22 oyun, 5 qol). Daha sonra ardıcıl olaraq Rusiyada "Şinnik" (Yaroslavl, 2008) və "Şeksna" (Çerepovets, 2008, 13 oyun) klublarında çıxış edən hücumçu 2009-cu ildə Serbiyaya üz-tutub və iki il "Mladost"da (Lusani, 14 oyun, 1 qol) oynayıb. O, məhz bu klubda çıxış edərkən - 2011-ci ildə milliləşdirilərək, yığmamıza cəlb olunub. 2011-2012-ci illərdə "Qəbələ"də çıxış edən (24 oyun, 4 qol) futbolçu ötən il "Sumqayıt"a transfer olunub və bu ilin əvvəlinədək 5 oyun keçirib. 


Hüseynov milli komandamızda 5 oyun keçirib və 1 qol vurub. O, yığmada 2011-ci ilin 9 fevralında Dubayda Macarıstana keçirdiyimiz və 0:2 hesabı ilə yenildiyimiz matçda debüt edib. AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan və Almaniya ilə keçirilən qarşılaşmalarda meydana çıxan Murad almanlarla matçın 89-cu dəqiqəsində təsəlli qolumuza imza atıb - 1:3. Makedoniya və Albaniya ilə yoldaşlıq oyunlarında da oynayan hücumçu 2011-ci ilin 11 noyabrından sonra Berti Foqtsdan dəvət almayıb.


Muradın yeni klubuna gəlincə, "Slobada" 1925-ci ildə yaradılıb. 88 yaşlı komandaya serb mütəxəssis Lyubişa Stamenkoviç başçılıq edir. Komanda 4 turu arxada qalan cari mövsümdə 2 xal toplayıb və 16 komanda arasında 14-cü pilləni tutur.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X