Topaz Premyer Liqasında XVII turun oyunları davam etdirilib. Fanat.az хəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə meydana "Qarabağ"la "Sumqayıt" çıxıb. İlk dövrədə bu rəqibinə yenilən (0:1) "Qarabağ" ardıcıl ikinci turda xal itirib. Ötən tur "Zirə" ilə "sülh" bağlayan bağlayan ağdamlılar yenə meydandan bir xalla ayrılıb. "Sumqayıt" isə 2:0 hesablı üstünlük əldə etdiyi oyunda qələbəni əldən verib.
Hesabı 7-ci dəqiqədə Amil Yunanov açıb. İlk yarıda bundan başqa qol olmayıb. 54-cü dəqiqədə Mikayıl Rəhimov "Sumqayıt"ın üstünlüyünü iki topa çatdırıb. Bundan 4 dəqiqə sonra penaltini dəqiq yerinə yetirərək fərqi azaldıb. 59-cu dəqiqədə Dani Kintana bərabərliyi təmin edib. Bundan iki dəqiqə sonra Raydel Pupon qırmızı vərəqə alaraq "Qarabağ"ı azlıqda qoyub.
Günün ikinci oyununda "Zirə" "Qəbələ"ni qəbul edib. Son dövrlər uğursuz çıxış edən "Qəbələ" yenə xal qazana bilməyib. Ötən tur "Neftçi"yə yenilən "qırmızı-qaralar" "Zirə"yə də eyni hesabla uduzub - 0:1. Matçın yeganə qoluna 28-ci dəqiqədə Nicat Qurbanov imza atıb.
Qeyd edək ki, turun ilk oyunu dünən baş tutub və "İnter" "Rəvan"a 2:0 hesabı ilə qalib gəlib. Qalan iki qarşılaşma sabah keçiriləcək.
Premyer Liqa
2015/169 mövsümü
II dövrə, XVII tur
Qarabağ - Sumqayıt 2:2
Qollar: Riçard Almeyda, 57-pen. Dani Kintana, 89 - Amil Yunanov, 7. Mikayıl Rəhimov, 54.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Vüqar Mustafayev (91. Coşqun Diniyev, 59), 10. Dani Kintana, 11. Elvin Məmmədov (77. Cavid Tağıyev, 73), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (29. Raydel Pupon, 73), 32. Elvin Yunuszadə, 90. Samuel Armenteros.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk (22. Tofiq Mikayılov, 69), 13. Murad Ağayev, 24. Amit Quluzadə (18. Aleksandr Çertoqanov, 48), 29. Amil Yunanov (9. Mirzağa Hüseynpur, 75), 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 8. Nuran Qurbanov, 15. Nodar Məmmədov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abbasov.
Sarı vərəqələr: Raydell Pupon, 86 (qeyri-idman hərəkəti); 90+1 (qeyri-idman hərəkəti) - Mikayıl Rəhimov, 53 (qeyri-idman hərəkəti). Emin Mehdiyev, 83 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Raydel Pupon, 90+1.
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Vüqar Bayramov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Əli Hüseynov.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 500 tamaşaçı.
Zirə - Qəbələ 1:0
Qol: Nicat Qurbanov, 28.
Zirə: 85. Kamal Bayramov, 2. Çimezi Mbah, 5. Adil Nağıyev, 9. Nelson Bonilla, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev (k), 17. Nicat Qurbanov, 28. Təmkin Xəlilzadə, 33. Dieqo Souza, 37. Yovan Krneta, 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 95. Elməddin Məmmədov, 8. Tərzin Cahangirov, 10. İqor İvanoviç, 19. Nurlan Novruzov, 27. Rəşad Abdullayev, 32. Luis Alberto Diez, 70. Mirkamil Həşimli.
Baş məşqçi: Adil Şükürov.
Qəbələ: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voyislav Stankoviç, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
Zirə İdman Kompleksinin stadionu. Saat 18.30.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 17 | 11 | 4 | 2 | 27-11 | 37 |
2 | Zirə | 17 | 7 | 8 | 2 | 16-12 | 29 |
3 | İnter | 17 | 7 | 6 | 4 | 16-12 | 27 |
4 | Qəbələ | 17 | 7 | 6 | 4 | 23-12 | 27 |
5 | Neftçi | 16 | 6 | 5 | 5 | 18-16 | 23 |
6 | Kəpəz | 16 | 5 | 7 | 4 | 17-16 | 22 |
7 | Sumqayıt | 17 | 3 | 8 | 6 | 20-25 | 17 |
8 | AZAL | 16 | 4 | 4 | 8 | 9-17 | 16 |
9 | Xəzər Lənkəran | 16 | 3 | 3 | 10 | 10-21 | 12 |
10 | Rəvan | 17 | 2 | 5 | 10 | 9-23 | 9 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ) - 7. Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5. |
Fanat.az