Topaz Premyer Liqasında XVII tura yekun vurulub. Fanat.az хəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk oyununda "Xəzər Lənkəran" "Kəpəz"i qəbul edib. Qarşılaşmanın taleyini bir qol həll edib. 65-ci dəqiqədə fərqlənin Şəhriyar Rəhimov "Kəpəz"ə qələbə qazandırıb - 1:0. Bununla da komandalar arasındakı oyunlarda ənənə pozulmayıb. Belə ki, bunda əvvəlki hər iki oyun eyni hesabla başa çatmışdı. Çempionatdakı matçda "Kəpəz", kubokdakı görüşdə "Xəzər Lənkəran" eyni hesaba sevinmişdi. Ardıcıl 5 oyunda qələbə qazana bilməyən "Kəpəz" uğursuz seriyanı bitiribsə, "Xəzər Lənkəran" 5 matçlıq qələbəsizliyə son qoya bilməyib.
Tura "Neftçi" - AZAL oyunu ilə yekun vurulub. Son 4 oyunda uduzmayan "Neftçi"nin uğurlu seriyası qırılıb. Oyunda bir qol vurulub və AZAL qələbə qazanıb - 1:0. Yeganə qola 29-cu dəqiqədə Ruslan Nəsirli imza atıb.
Qeyd edək ki, ilk iki oyun günündə turun üç matçı baş tutub. "İnter" "Rəvan"ı 2:0, "Zirə" "Qəbələ"ni 1:0 hesabı ilə yenib, "Qarabağ" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2.
Premyer Liqa
2015/16 mövsümü
II dövrə,
17 dekabr
Xəzər Lənkəran - Kəpəz 0:1
Qol: Şəhriyar Rəhimov, 65.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə (77. Əli Əliyev, 72), 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov (79. Namiq Qocayev, 84), 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 42. Kamran Abdullazadə, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 44. Yusif Həsənov.
Baş məşqçi: Yunis Hüseynov.
Kəpəz: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 23. Tural Nərimanov, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 8. Budaq Nəsirov, 7. Juninyo (15. Azad Kərimov, 90+2), 5. Kərim Diniyev, 68. Rəşad Eyyubov (27. Bəxtiyar Soltanov, 82), 90. Julien Ebah (19. Aleksandr Sitnik, 74).
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 80. Tural Rzayev, 9. Murad Ağakişiyev, 21. Xəzər Qəribov.
Baş məşqçi: Şahin Diniyev.
Sarı vərəqələr: Kərim Diniyev, 24 (qeyri-idman hərəkəti). Budaq Nəsirov, 67 (hakim qərarına etiraz). Julien Ebah, 70 (qeyri-idman hərəkəti). Rəşad Eyubov, 79 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 81 (hakim qərarına etiraz).
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Asim Xudiyev.
"Xəzər Lənkəran" mərkəzi stadionu. 600 tamaşaçı.
Neftçi - AZAL 0:1
Qol: Ruslan Nəsirli, 29.
Neftçi: 1. Aqil Məmmədov, 3. Jairo Rodriges, 5. Melli, 6. Aylton Silva (14. Məhəmməd Qurbanov, 82), 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev (10. Cavid İmamverdiyev, 46), 19. Fəhmin Muradbəyli, 18. Kaue da Silva, 7. Araz Abdullayev (k) (20. Anete, 64).
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 4. Rahil Məmmədov, 16. Əziz Quliyev, 21. Samir Məsimov.
Baş məşqçi: Əsgər Abdullayev.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 6. Tagim Novruzov, 9. Aydın Qasımov (19. Məhəmməd Bədəlbəyli, 71), 11. Ruslan Nəsirli (7. Tərlan Xəlilov, 90+1), 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 22. Kamal Mirzəyev, 24. Emin Cəfərquliyev (k), 28. Müşfiq Teymurov (5. Kamil Hüseynov, 46).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 15. Rüfət Musayev, 17. Elmin Çobanov, 20. İsmayıl İbrahimli.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Jairo Rodriges, 61 (qeyri-idman hərəkəti). Erik Ramos, 75 (hakim qərarına etiraz). Anete, 90 (hakimi aldatmağa cəhd) - Murad Səttarlı, 87 (oyunun bərpasını ləngitdiyinə görə). Kamal Mirzəyev, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". 1000 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 17 | 11 | 4 | 2 | 27-11 | 37 |
2 | Zirə | 17 | 7 | 8 | 2 | 16-12 | 29 |
3 | İnter | 17 | 7 | 6 | 4 | 16-12 | 27 |
4 | Qəbələ | 17 | 7 | 6 | 4 | 23-12 | 27 |
5 | Kəpəz | 17 | 6 | 7 | 4 | 18-16 | 25 |
6 | Neftçi | 17 | 6 | 5 | 6 | 18-17 | 23 |
7 | AZAL | 17 | 5 | 4 | 8 | 10-17 | 19 |
8 | Sumqayıt | 17 | 3 | 8 | 6 | 20-25 | 17 |
9 | Xəzər Lənkəran | 17 | 3 | 3 | 11 | 10-22 | 12 |
10 | Rəvan | 17 | 2 | 5 | 10 | 9-23 | 9 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ) - 7. Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5. |
Fanat.az