Milli komandamızın məşqçisi Olaf Yansenin Almaniyanın "Dimamo" klubuna keçidi rəsmiləşib. Fanat.az xəbər verir ki, alman mütəxəssis Drezden təmsilçisinin baş məşqçisi təyin olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yansenlə 2015-ci ilin 30 iyununadək müqavilə imzalanıb. Mütəxəssisin AFFA ilə müqaviləsinə tezliklə xitam veriləcək.
Qeyd edək ki, Yansen hələlik yığmadakı işini davam etdirir. O, sentyabrın 7-də Kazana yollanacaq və Rusiya - Luksemburq oyununu izləyəcək.
Fanat.az