17:48 22.12.2015 633

"Qəbələ"də yerli futbolçular heç də legionerlərdən geri qalmır"

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını bombardirlər siyahısında başa vurmuş "Sumqayıt"ın hücumçusu Amil Yunanov "Report"a müsahibə "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Geridə qalan 18 turu "Sumqayıt" və özünüz üçün necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, komanda yaxşı oynadı. İlk iki dövrə yaxşı keçdi. Hardasa şansızlığa görə bəzi oyunlarda qələbə qazana bilmədik. Elə görüşlər oldu ki, 90-cı dəqiqədə top buraxdıq. Ümumilikdə, komandanın çıxışını yaxşı dəyərləndirirəm. Yeni ildən daha yaxşı çıxış edəcəyik. Mənim üçün isə deyərdim ki, son turun oyunları daha yaxşı keçdi. Çünki son turlarda qol vurmağa başladım.

- İlk qolunuzu XV turda "Kəpəz"ə vurdunuz və ikinci dövrənin son 4 turu ərzində bombardirlər siyahısında qərarlaşdınız...
- Formada olmadığım üçün oynamırdım. Samir Abasovun əsas komandaya baş məşqçi postuna təyinatından sonra özümə gəldim, hardasa formamı bərpa etdim. "Kəpəz"lə oyunda ilk qolumu vurdum. Təbii ki, komanda yoldaşlarım da mənə dəstək olurlar.

- Premyer Liqada 18 turdan sonra ən çox qol vuran futbolçu Riçard Almeyda 7 dəfə fərqlənib. Siz isə 4 oyuna 6 dəfə fərqlənmisiniz. Doğrudanmı Azərbaycanda daha çox qol vurmaq bu qədər çətindir?
- Premyer Liqanın səviyyəsi aşağı deyil. Kimin kimi udacağı bilinmir. Məsələn, sonuncu yerlərdə olan komandalar liderlər qrupunda çıxış edənlərlə başabaş mübarizə aparır, qalib gəlir. Mən isə vurduğum qolları özünəinamla bağlayardım. Çünki həm baş məşqçi, həm də komanda yoldaşlarım dəstəklərini əsirgəmirlər.

- Bombardir olmağınızda Samir Abasovun rolu nə qədərdir? 
- Təbii ki, onun xüsusi yeri var. Hər oyundan əvvəl məni necə hazırladığını, öyrətdiyini bir o bilir, bir də mən. Oyundan öncə söhbət edirik, mənə inandığını deyir.

- Qış transfer pəncərəsinə bir neçə gün qalıb. Hər hansı klubdan dəvət gəlməyib?
- Özümə dəvət gəlməyib. Hazırda diqqətimi ancaq çempionata yönəltmişəm. İstəyirəm komanda tez yığılsın, hazırlıq keçək və çempionat başlasın. Fikrim yalnız "Sumqayıt"dadır. Hansısa komandaya getmək xəyalı qurmuram. İstəyirəm ki, oyunlara çıxım və yenə qollarımı sıralayım.

- İlk yarının sonlarına yaxın lazımi forma yığmışdınız. Fasilə müddətində formanızı itirəcəyinizdən qorxmursunuz?
- Xeyr, çünki baş məşqçi proqram verib. İstirahət müddətində bu proqram əsasında çalışacam ki, formamı itirməyim.

- "Qəbələ"nin yetirməsisiniz. Birdən həmin komandanın sizə ehtiyacı olsa...
- Premyer Liqada Samir Abasov "Sumqayıt"a gəldikdən sonra çıxış etmişəm. Hələ belə şeylər haqda düşünmürəm, heç düşünməmişəm də. Bir daha demək istəyirəm ki, tək fikrim "Sumqayıt"dadır. Çünki mən bu komandada üzə çıxmışam.

- "Qəbələ"dən söz düşmüşkən, Premyer Liqada legioner limiti var. Amma Avropa Liqasında baş məşqçi Roman Qriqorçuk əsasən əcnəbi futbolçularla çıxış edirdi. Baş məşqçinin inanacağı yerli futbolçu yoxdur?
- Bunlar baş məşqçinin şəxsi fikridir. "Qəbələ"də çıxış edən yerli futbolçular heç də legionerlərdən geri qalmır. Sadəcə, baş məşqçinin futbolçuya inanma məsələsi var.

- Mövsümü ilk üçlükdə bitirəcəyiniz inandırıcı görünmür. Ancaq ilk beşlikdə olmaq mümkünsüz deyil...
- Yeni ildən başlayaraq ilk turlardan qələbə qazanmaq üçün çalışacağıq. İnanıram ki, yaxşı çıxış edəcəyik və bunu siz də görəcəksiniz. Çünki komanda daxilində hər şey qaydasındadır. İnanıram ki, bizim komandada bu alınacaq. Üstəlik, 8-ci pilləni bəxtsizliklə əlaqələndirərdim. Çünki son dəqiqələrdə qol buraxdığımız oyunlar olub.

- Qış fasiləsində klublar təlim-məşq toplanışı üçün xarici ölkələrə üz tuturlar. "Sumqayıt" isə öz şəhərində qalacaq. Bu, komandaya necə təsir edəcək?
- Bu məsələlər məşqçilərlə rəhbərliyin işidir və qərarı da onlar verir. Təbii ki, ölkə kənarında toplanış keçmək yaxşı olardı, amma bir futbolçu kimi mənim üçün heç bir fərqi yoxdur.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2024
13:23

"Portuqaliya bu oyuna hazırdır" - Roberto Martines

13:06

"Bizim Portuqaliya ilə oyunlarımız çox gərgin alınır" -Didye Deşam

12:49

"Bu cütün favoriti yoxdur" - Bernardu Silva

12:31

"Qarabağ" Azərbaycanı tərk etdi

12:13

Ekvador millisinin baş məşqçisi istefa verdi

11:54

Morata İtaliyaya qayıdır - Danışıqlar başladı

11:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:16

Azərbaycan və Kamerun arasında Anlaşma Memorandumu imzalandı

10:57

"Real"ın oyunçusu Madrid klubunu tərk etdi, İspaniyanı yox

10:34

AÇ-2024: Nəticələr və təqvim

10:12

Lamin Yamal "Barselona"dakı kumirinin adını açıqladı - Bu, Messi deyil

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Messi penaltini qaçırdı, Argentina "lotoreya"da qalib gəldi

09:00

AÇ-2024: Bu gün1/4 final oyunları start götürür - YENİLƏNİR

04 İyul 2024
22:37

Yeni müqaviləyə imza atan Erik ten Haq nə danışdı?

22:03

"Qarabağ"ın tədbiri yarımçıq dayandırıldı -SƏBƏB

21:43

Ruzanna Məmmədova Avropa çempionu oldu

21:30

Portuqaliyalı yarımmüdafiəçi "Səbail"lə vidalaşdı

20:22

Fransa nəhəngi "Bayern"in ulduzunu alır

19:30

Klopp türk məşqçini təbrik etdi: "Əla olacaq"

19:11

Andrix İspaniya ilə oyuna yeni imicdə çıxacaq - FOTO

18:40

Superkubok oyunu təxirə salındı

18:16

"İndi İspaniyanı yenməyə köklənmişəm" - Camal Musiala

17:53

"Əsas narahatlıq yaradan məsələ..." - Borisov ÇL-dəki rəqibləri dəyərləndirdi

17:22

Ərəblər Markinyosu da aparır

16:52

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

16:39

"Qarabağ"ın 4 rəqibindən ikisi bilindi

16:21

Bellingem ədəbsiz jestə görə belə cəzalandırılacaq

16:03

"Kəpəz"də yeni müqavilə - RƏSMİ

15:45

AFFA danışılmış oyunlarla bağlı seminar keçirdi

15:27

"Mançester Yunayted" Erik ten Haqla müqavilə yenilədi

15:09

"Klublarımız avrokuboklardan çox öz çempionatımıza hazırlaşırlar" - Erkin İbrahimov

14:51

Koman qayıtdı

14:33

"Zirə"nin rəqibi milli üzvünü transfer etdi

14:16

Ansu Fati İstanbul nəhənginə keçə bilər

13:59

"Mançester Siti" əsas qapıçısını satır - SON DURUM

13:41

"Morata mənə söz verib ki..." - Kapitan millinin bərbərinə nə vəd edib?

13:23

Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı

13:05

Braziliya millisinin üzvü "Vest Hem"i bu kluba dəyişir

12:48

"Barselona" üçün ən əlverişli il olacaq" - La Liqanın rəhbəri

Facebookdan bizi izləməyi unutmayın.
X