09:11 23.12.2015 753

Premyer Liqanın ən intizamsız klubu - "Neftçi"

Topaz Premyer Liqasında ilk iki dövrə başa çatıb komandalar qış fasiləsinə yollanıb. Fanat.az mövsümün ilk yarısı ilə bağlı statistik göstəriciləri təqdim etməkdə davam edir. Bu dəfə 18 turda futbolçulara göstərilən sarı və qırmızı vərəqələrin statistikasını təqdim edirik.

"Neftçi" ən intizamsız...

18 turun 90 oyununda ümumilikdə 408 sarı vərəqə göstərilib. Bu hər turda orta hesabla 22.66, hər oyunda 4.53 sarı vərəqə deməkdi.

Ən çoх sarı vərəqəni "Neftçi"nin futbolçuları alıb. 18 turda 23 futbolçunun хidmətindən yararlanan "ağ-qaralar" 59 dəfə hakimlərin qəzəbinə tuş gəlib. 

"Zirə" və "Rəvan"da bu göstərici 49-du. 18 turda "Zirə" 23, "Rəvan" 26 futbolçunun хidmətindən yararlanıb. Birincilərdə orta məhsuldarlıq 2.13, ikincilərdə 1,88 olub.

Sarı vərəqə sayına görə ən intizalı komandalar "Qarabağ"la "Xəzər Lənkəran"dı - 24 sarı vərəqə. "Qarabağ"ın 27 (orta hesabla 0.88), "Xəzər Lənkəran"ın 21 (orta hesabla 1.14) futbolçusu çempionatın iştirakçısı olub.

Klub

Oyunçu

Sarı

Orta hesabla

1

Neftçi

23

59

2,56

2

Zirə

23

49

2,13

3

Rəvan

26

49

1,88

4

Sumqayıt

23

46

2,00

5

AZAL

20

42

2,10

6

Kəpəz

18

41

2,27

7

İnter

26

40

1,53

8

Qəbələ

26

34

1,30

9

Xəzər Lənkəran

21

24

1,14

10

Qarabağ

27

24

0,88


Ramosla Ağakərimzadə liderdi

Ən çoх sarı vərəqə alan futbolçuların siyahısına Yamin Ağakərimzadə və Erik Ramos başçılıq edir. Yamin 15 oyunda, Erik 17 oyunda 8 dəfə cəzalanıb. Hər iki futbolçu 18 turda iki dəfə sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.

Klub

Oyun

Sarı

Orta hesabla

1

Yamin Ağakərimzadə (Rəvan)

15

8

0,53

2

Erik Ramos (Neftçi)

17

8

0.47

3

Ruslan Kurbanov (Neftçi)

15

7

0,46

4

Aqil Məmmədov (Neftçi)

16

7

0,43

5

Viktor İbekoyi (Zirə)

17

7

0,41

6

Emin Mehdiyev (Sumqayıt)

12

6

0,50

7

Tagim Novruzov (AZAL)

15

6

0,40

8

Cəmil Hacıyev (Sumqayıt)

16

6

0,37

9

Budaq Nəsirov (Kəpəz)

17

6

0,35

10

Elvin Yunuszadə (Qarabağ)

13

5

0,38

11

Zurab Xizanişvili (İnter)

13

5

0,38

12

Rəşad Eyyubov (Kəpəz)

13

5

0,38

13

Novruz Məmmədov (Rəvan)

15

5

0,33

14

Aylton Silva (Neftçi)

16

5

0,31

15

Elvin Camalov (Qəbələ)

17

5

0,29

16

Bəxtiyar Soltanov (Kəpəz)

17

5

0,29


"Neftçi" yenə birincidi

"Neftçi" qırmızı vərəqə sayında da liderdi. Amma "ağ-qaralar" bu dəfə birinciliyi "Sumqayıt"la bölüşür. Hər iki klubun üzvləri 5 dəfə meydandan qovulub. 

Ən intizamlı klub AZAL-dı. Belə ki, "təyyarəçilər"in heç bir futbolçusu 18 oyunda hakimlərin qəzəbinə tuş gəlməyib. "Qarabağ"la "Qəbələ" də intizamlı klublar hesab oluna bilər - 1 qırmızı vərəqə.

Klub

Qırmızı

1

Neftçi

5

2

Sumqayıt

5

3

İnter

4

4

Zirə

4

5

Xəzər L

4

6

Rəvan

3

7

Kəpəz

2

8

Qəbələ

1

9

Qarabağ

1

10

AZAL

0


26 futbolçu, 29 "qırmızı"

18 turun 90 oyununda 29 qırmızı vərəqə göstərilib. Hakimlər ümumilikdə 26 futbolçunu meydandan qovub.

3 futbolçu iki dəfə hakimlərin qəzəbinə tuş gəlib. "Neftçi"dən Aylton Silva, "Xəzər Lənkəran"dan isə Elşən Rzazadə və Manuel Skarlatake 2 oyunda qırmızı vərəqə alıb.

Futbolçu (klub)

Qırmızı

Aylton Silva (Neftçi)

2

Elşən Rzazadə (Xəzər Lənkəran)

2

Manuel Skarlatake (Xəzər Lənkəran)

2

Raydell Pupon (Qarabağ)

1

İlkin Qırtımov (İnter)

1

Dieqo Martins (İnter)

1

Zurab Xizanişvili (İnter)

1

Georgi Lomaya (İnter)

1

Aleksandr Şemonayev (Zirə)

1

Sadiq Quliyev (Zirə)

1

Nelson Bonilla (Zirə)

1

Mbah Çimezi (Zirə)

1

Rəşad Sadiqov (Qəbələ)

1

Şəhriyar Əliyev (Kəpəz)

1

Tural Nərimanov (Kəpəz)

1

Xuan Alberto (Neftçi)

1

Fəhmin Muradbəyli (Neftçi)

1

Jairo Rodriges (Neftçi)

1

Slavik Alxasov (Sumqayıt)

1

Ağabala Ramazanov (Sumqayıt)

1

Aleksandr Çertoqanov (Sumqayıt)

1

Bəxtiyar Həsənalızadə (Sumqayıt)

1

Emin Mehdiyev (Sumqayıt)

1

Novruz Məmmədov (Rəvan)

1

Orxan Lalayev (Rəvan)

1

Kənan Manafov (Rəvan)

1


Fanat.az
Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X