"Sumqayıt" daha bir futbolçunu heyətinə qatıb. Fanat.az xəbər verir ki, son olaraq "Qəbələ"də çıxış etmiş yığmamızın üzvü Vaqif Cavadov mövsümün sonuna qədər bu komandada çıxış edəcək.
26 yaşlı futbolçu "Sumqayıt"da 70 nömrəli formanı geyinəcək. 2006-cı ildən Azərbaycan millisinin formasını geyinmiş Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.
Moskva ÇSKA-sının yetirməsi olan Vaqif indiyədək Azərbaycanda "Qarabağ", "Bakı", "İnter", "Xəzər Lənkəran", Hollandiyada "Tvente", Rusiyada "Volqa", Türkiyədə isə "Qaziantep BB" və "Boluspor" klublarının formasını geyinib.
Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl "Rəvan"dan ayrılan Kənan Manafovu heyətinə qatıb.
Fanat.az