Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyununun biletləri mayın 18-dən etibarən satışa çıxarılıb. Bu gün tanınmış şoumen, "Parni iz Baku" Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə millimizin oyununa bilet alıb və azarkeşləri iyunun 7-də stadiona gələrək komandamızı dəstəkləməyə səsləyib. Bilet alanlar arasında uzun müddət Azərbaycan milli komandasının heyətində çıxış etmiş Dmitri Kramarenko da olub.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 4, 9, 14 və 50 AZN-dir. Satış nöqtələri ilə bağlı məlumatı bir daha diqqətinizə çatdırırıq:
28 Mall Ticarət Mərkəzi
Saat 10:00-dan – 22:00-dək
Tel: +994 51 908 52 02, +994 50 478 77 71, +994 50 287 48 40
Bakcell Arena-nın kassaları
Saat 10:00-dan – 22:00-dək
İdman24.az