Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Ramat Qanda millimizi qəbul edəcək İsrail yığması daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, qasıq nahiyəsindən zədə alan Şimon Abuhazira sıradan çıxıb. Hücumçunun Azərbaycanla oyuna çıxmaq ehtimalı demək olar ki, yoxdu.
Xatırladaq ki, Abuhazira yəhudilərin yığmamızla matç ərəfəsində yararsız vəziyyətə düşən 5-ci futbolçusudu. Üstəlik, müdafiə xəttinin dirəyi sayılan Tal Ben Haimin də meydana çıxıb-çıxmayacağı böyük sual altındadı.
Fanat.az