“Xəzər Lənkəran”ın vitse prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- “Xəzər Lənkəran”ın hazırkı duruu necədi?
- “Xəzər Lənkəran”da hər şey qaydasındadı. Komanda 2-ci yarıya hazırlaşır. 6-7 aydı maaşların verilməməsi ilə bağlı xəbərlər yalandı. Düzdü, gecikmələr var. Klub rəhbərliyi çalışır ki, hər ay onların cibinə madiyyat gedir. Elə ay olmayıb ki, futbolçular maaş almasın. Onların xərclərinin, problemlərinin olması aydındı. Biz oyunçulara bu yöndə kömək etməliyik.
- FIFA tərəfindən tətbiq edilən cərimə nə vaxt ödəniləcək?
- Biz həm dekabr, həm də yanvar ayında FIFA-nın İntizam Komitəsinə məktublar göndərmişik ki, bizə vaxt ayırsınlar. Futbolçuların vəkilləri və özləri ilə mütəmadi danışırıq ki, əlavə şikayət etməsinlər.
- Mübariz Mənsimovla klubdakı vəziyyətlə bağlı danışılıb?
- Burdakı problemlər əsas sponsordan qaynaqlanmır. Şirkətin bütün işləri qaydasındadı. Bu gün pul dövriyyəsində problem var. Bizə borclu olan şirkətlər pulu ləngidirlər. Həmin pullar da qaytarıldığında hamısı “Xəzər Lənkəran”a xərclənəcək. Çünki başqa proyektimiz yoxdu. 600 mindən çox FIFA-ya borcumuz olsa da, bizə olan borclar 1 milyondan artıqdı. O borclar yığılsa, biz həm FIFA-nın borclarını ödəyərik, həm də futbolçuların mövsümün sonuna kimi olan maaşlarını sona qədər verərik. Maksimum dərəcədə çalışırıq ki, klub yaşasın. Aşağı yaş qrupları da çempionatlarda oynasın. Əsas komanda da normal şəkildə çıxışını davam etdirsin.
- Bildiyimizə görə, SOCAR-ın sizə 700 min manat borcu var.
- Bu barədə dəqiq məlumatım yoxdu. Bunu şirkətdə çalışan işçilər dəqiq bilər. Bəlkə bizim onlara borcumuz var. Başqa şirkətləri nəzərdə tuturam. Məsələn, bir marketlər şəbəkəsi var ki, bizə 300 min manat borcu var. Onları başa düşürəm. Çünki bu ümumi vəziyyətlə bağlıdı. Bilərəkdən heç bir şey etmirlər. Bu dövriyyə şəklində davam edən prosesdi.
- “Nar mobile” ilə müqavilə ilə davam edir?
- Bəs, futbolçuların kartlarına köçən pulları, vergiləri, digər xərcləri kim ödəyir? Bizə təkcə “Nar mobile” sponsorluq etmir. Bundan başqa “Atəşgah” sığorta da sponsorluq edir. Yeni sponsorlarla müqavilə bağlanacaq.
- Bəs, komandadan qovulan və transferə çıxarılanların taleyi necə olacaq? Onlar bağışlanacaqmı?
- Əfsuslar olsun ki, onlar belə addım atdılar. Klubda daxilində onlarla bağlı müzakirələr oldu. Qovulanların vərəqəsi verilib, transferə çıxarılanlar da vaxtını gözləyir. Hətta biri ilə bağlı da təklif almışıq. Transferlərə çıxarılanlara qoyulan qiymət indiyə kimi onlara çəkilən xərclərlə eynidi.
- Bu ayın sonuna kimi PFL-ə olan borclar ödənilməsə cəzalana bilərsiniz...
- Bizim AFFA-dan alacağımız verəcəyimizdən çoxdu.
- FIFA sizin futbolçulara pul ödəmədiyinizi görüb, xalınızı silməklə komandanızı cəzalandıra bilər...
- Bu, mümkündü. Hər şey ola bilər. Sizi inandırım ki, Azərbaycan klublarının 3-4-nün FIFA-ya bu cür borcu var. Onların içərisində ən az borc bizdədi.(qafqazinfo)
Fanat.az