Topaz Premyer Liqasının ikinci yarısının ilk oyun günündə keçirilməli olan AZAL – “Qarabağ” matçının vaxtı dəyişdirilib. Fanat.az xəbər verir ki, buna paytaxt təmsilçisinin PFL-ə müraciəti səbəb olub.
Belə ki, AZAL əsas heyətin 3 üzvünün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsində olduğunu əsas gətirərək, XIX turun qarşılaşmasının vaxtının dəyişdirilməsini xahiş edib. Yarışların Əsasnaməsini və “Qarabağ”ın razılığını rəhbər tutan PFL klubun müraciətini müsbət dəyərləndirib.
Bu üzdən də AZAL – “Qarabağ” görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 30-da deyil, ertəsi gün – 31-də keçirilməsinə qərar verilib.
Fanat.az