Topaz Premyer Liqasının XIX turunun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, mövsümün ikinci yarısına Gəncədə start veriləcək.
İki gün davam edəcək turun ilk günündə əvvəl “Kəpəz” “Qəbələ”ni, ardınca “Neftçi” “Sumqayıt”ı qəbul edəcək.
Digər 3 oyun ertəsi gün keçiriləcək. Tura ilk “üçlük”də qərarlaşan “Zirə” və “İnter” arasındakı mərkəzi oyunla yekun vurulacaq.
Topaz Premyer Liqası
XIX tur
30 yanvar
14.00 “Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu
16.30 “Neftçi” – “Sumqayıt”
8-ci km qəsəbə stadionu
31 yanvar
13.30 “Xəzər Lənkəran” – “Rəvan”
“Xəzər Lənkəran” mərkəzi stadionu
15.00 AZAL – “Qarabağ”
AZAL Arena
17.30 “Zirə” – “İnter”
Zirə İdman Kompleksinin stadionu
Fanat.az