Bu həftə Premyer Liqada qış fasiləsi başa çatacaq. Artıq klublar təlim-məşq toplanışlarını başa vurub və ilk turun oyununa hazırlaşır. Fanat.az Premyer Liqa təmsilçilərinin qış hazırlığına yenidən nəzər yetirib.
37 oyun, 18 əcnəbi
Premyer Liqada çıxış edən klublardan 5-i - "Qarabağ", "İnter", "Zirə", "Qəbələ" və "Sumqayıt" Türkiyədə təlim-məşq toplanışı keçib. Qalan 5 klub - "Kəpəz", "Neftçi", AZAL, "Xəzər Lənkəran" və "Rəvan" isə hazırlıqlarını ölkədə davam etdirib.
Klublarımız qış fasiləsində ümuimilikdə 33 oyun keçirib. Bunlardan 18-i xarici klublara qarşı baş tutub. Antalyaya yollanan təmsilçilərimiz ən çox Almaniya klubları ilə qarşılaşıb - 5 oyun. Qazaxıstan və Rumıniya klublarına 3 oyunda rəqib olmuşuq. Klublarımız Macarıstan, Avstriya, Polşa, Slovakiya, İsveçrə, Ukrayna və İran təmsilçiləri ilə 1 dəfə qarşılaşıb.
Ölkə daxilində baş tutan 15 oyundan 4-də Premyer Liqa təmsilçiləri qarşılaşıb. Belə ki, AZAL və "Sumqayıt" arasında 2 oyun baş tutub. Həmçinin "Neftçi" AZAL və "Kəpəz"lə bir dəfə üz-üzə gəlib.
Qalan 11 oyun I divizion və əvəzedici heyət təmsilçiləri ilə keçirilib. Əvəzedici heyətlə yeganə oyunu "Kəpəz" keçirib. Gəncəlilər öz əvəzedicilərini 6:0 hesabı ilə məğlub edib.
"Kəpəz", "Neftçi", AZAL, "Sumqayıt", "Xəzər Lənkəran" və "Rəvan" I divizin təmsilçilərindən "Qaradağ Lökbatan", "Neftçala", "Şərurspor" və MOİK-lə qarşılaşıb.
Qarabağ (4 oyun, 2 qələbə, 2 məğlubiyyət, top fərqi - 8:5)
Qarabağ - Rot-Veyss Essen (Almaniya) 1:0
Çumbinyo.
Qarabağ - Diosqyori (Macarıstan) 4:0
Maksim Medvedev, Muarem Muarem, Rahid Əmirquliyev, Mahir Mədətov.
Qarabağ - Admira Vakker (Avstriya) 3:4
Cavid Tağıyev, Elvin Məmmədov, Qara Qarayev.
Qarabağ - Yaqelloniya (Polşa) 0:1
İnter (4 oyun, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi - 0:4)
İnter - Verder II (Almaniya) 0:1
İnter - Verder (Almaniya) 0:1
İnter - Slovan (Slovakiya) 0:2
İnter - Atırau (Qazaxıstan) 0:0
Zirə (3 oyun, 1 qələbə, 2 məğlubiyyət, top fərqi - 2:5)
Zirə - Ordabaşı (Qazaxıstan) 1:4
Nurlan Novruzov.
Zirə - Optik (Almaniya) 0:1
Zirə - Tarqu-Mureş (Rumıniya) 1:0
Tato.
Qəbələ (3 oyun, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 5:2)
Qəbələ - Osnabruk (Almaniya) 1:1
Ermin Zets.
Qəbələ - Sürix (İsveçrə) 4:0
Aleksey Antonov (2), Vadim Abdullayev, Samir Zərgərov.
Qəbələ - Dnepr (Ukrayna) 0:1
Kəpəz (3 oyun, 2 qələbə, 1 məğlubiyyət, top fərqi - 8:2)
Kəpəz - Kəpəz II 6:0
Bəxtiyar Soltanov, Azad Kərimov, Ceyhun Cavadov, Budaq Nəsirov, Julien Ebah (2).
Kəpəz - Qaradağ Lökbatan 1:0
Bəxtiyar Soltanov.
Kəpəz - Neftçi 1:2
Vladimir Korobka.
Neftçi (5 oyun, 4 qələbə, 1 heç-heçə, top fərqi - 9:5)
Neftçi - AZAL 1:0
Araz Abdullayev.
Neftçi - Neftçala 1:1
Araz Abdullayev.
Neftçi - MOİK 2:1
Kaue da Silva, Anete.
Neftçi - Şərurspor 3:2
Ruslan Qurbanov, Mirabdulla Abbasov (2).
Neftçi - Kəpəz 2:1
Ruslan Qurbanov (2).
AZAL (6 oyun, 4 qələbə, 2 məğlubiyyət, top fərqi - 10:9)
AZAL - Sumqayıt 0:4
AZAL - Sumqayıt 2:1
Tərlan Xəlilov, Ruslan Nəsirli.
AZAL - Neftçi 0:1
AZAL - MOİK 2:0
Tərlan Xəlilov, Nuqzar Kvirtiya.
AZAL - Şərurspor 3:2
Murad Səttarlı, Elmin Çobanov, Aleksandr Quruli (penalti).
AZAL - Neftçala 3:1
Aleksandr Quruli (penalti), Məhəmməd Bədəlbəyli, Murad Səttarlı (penalti).
Sumqayıt (7 oyun, 3 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət, top fərqi - 9:5)
Sumqayıt - Şərurspor 1:0
Vaqif Cavadov.
Sumqayıt - AZAL 4:0
Amil Yunanov (2), Ağabala Ramazanov, Xəyal Nəcəfov.
Sumqayıt - AZAL 1:2
Pərdis Fərcad-Azad.
Sumqayıt - Akjayık (Qazaxıstan) 1:0
Pərdis Fərcad-Azad.
Sumqayıt - Voluntari (Rumıniya) 0:0
Sumqayıt - Sepahan (İran) 1:2
Pərdis Fərcad-Azad.
Sumqayıt - Petrolul (Rumıniya) 1:1
Pərdis Fərcad-Azad.
Xəzər Lənkəran (1 oyun, 1 məğlubiyyət, top fərqi - 2:5)
Xəzər Lənkəran - Şərurspor 2:5
Elfad Baləhmədov, Zaman Mirzəzadə.
Rəvan (1 oyun, 1 qələbə, top fərqi - 2:1)
Rəvan - Qaradağ Lökbatan 2:1
Saşa Yunisoğlu (2).
Qış çempionu - "Neftçi"
Qış fasiləsidə ən yaxşı nəticəni "Neftçi" göstərib. "Ağ-qaralar" keçirdikləri 5 oyunda məğlub olmayıb - 4 qələbə, 1 heç-heçə. AZAL 6 oyundan 4-də qələbə qazanıb, 2-də uduzub. Ən çox oyun keçirən "Sumqayıt" 7 qarşılaşmadan 3-də qələbəyə sevinib, 2-də heç-heçəyə razılaşıb.
Ən az oyun keçirən "Xəzər Lənkəran"la "Rəvan" olub. Lənkəranlılar həmin görüşdə uduzubsa, bakılılar qələbə qazanıb.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Neftçi | 5 | 4 | 1 | 0 | 9:5 | 13 |
2 | AZAL | 6 | 4 | 0 | 2 | 10:9 | 12 |
3 | Sumqayıt | 7 | 3 | 2 | 2 | 9:5 | 11 |
4 | Kəpəz | 3 | 2 | 0 | 1 | 8:2 | 6 |
5 | Qarabağ | 4 | 2 | 0 | 2 | 8:5 | 6 |
6 | Qəbələ | 3 | 1 | 1 | 1 | 5:2 | 4 |
7 | Rəvan | 1 | 1 | 0 | 0 | 2:1 | 3 |
8 | Zirə | 3 | 1 | 0 | 2 | 2:5 | 3 |
9 | İnter | 4 | 0 | 1 | 3 | 0:4 | 1 |
10 | Xəzər Lənkəran | 1 | 0 | 0 | 1 | 2:5 | 0 |
Bombardir kimdi?
Qış fasiləsinin bombardiri Pərdis Fərcad-Azad olub. "Sumqayıt"ın üzvü 4 dəfə fərqlənib. Qollardan birini AZAL-ın qapısına vuran cənubi azərbaycanlı futbolçu Türkiyədə 3 dəfə fərqlənib.
"Neftçi"dən Ruslan Qurbanovun aktivində 3t qol var. 9 futbolçunun aktivində isə 2 qol var.
6 futbolçu qış fasiləsində dubl müəllifi olub. Belə ki, "Qəbələ"dən Aleksey Antonov, "Kəpəz"dən Julien Ebah, "Neftçi"dən Mirabdulla Abbasovla Ruslan Qurbanov, "Sumqayıt"dan Amil Yunanov, "Rəvan"dan isə Saşa Yunisoğlu bir oyunda iki dəfə fərqlənib.
4 qol - Pərdis Fərcad-Azad (Sumqayıt).
3 qol - Ruslan Qurbanov (Sumqayıt).
2 qol - Aleksey Antonov (Qəbələ), Bəxtiyar Soltanov (Kəpəz), Julien Ebah (Kəpəz), Araz Abdullayev (Neftçi), Mirabdulla Abbasov (Neftçi), Tərlan Xəlilov (AZAL), Murad Səttarlı (AZAL), Aleksandr Quruli (AZAL), Amil Yunanov (Sumqayıt). Saşa Yunisoğlu (Rəvan).
Fanat.az