"Sumqayıt" 3 futbolçusunun xidmətindən məhrum olub. Fanat.az xəbər verir ki, Vurğun Hüseynov, Ağabala Ramazanov və Aleksandr Çertoqanov cəzalı duruma düşüb.
Vurğunla Alaeksandr "Neftçi" ilə oyunda qeyri-idman hərəkətinə, Ağabala hakimi aldatmağa cəhdə görə sarı vərəqə alaraq limiti doldurub. Hər üç futbolçu cari mövsümdə 4-cü "sarı"nı aldığından növbəti turun "Zirə" ilə oyununu buraxacaqlar.
Fanat.az