Məlumat verdiyimiz kimi, iyun ayının 17-dən 22-dək Bakıda İBA U-14 Cup futbol turniri keçiriləcək.
Qeyd edək ki, turnirə Serbiyanın “Partizan”, Türkiyənin “Beşiktaş”, Ukraynanın “Karpatı”, İspaniyanın “Vilyarreal”, “İsveçin “Yurqorden” və “Almaniyanın “Ayntraxt” klubları da qatılacaq. Turnirə “İnter” komandası ev sahibliyi edəcək.
Sabah "Şəfa" stadionunda turnirin püşkatma mərasimi keçiriləcək. Mərasim saat 16.00-da baş tutacaq.
İdman24.az