“Azərbaycanla oyuna kapitan kimi çıxacağım üçün çox şadam”. Fanat.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İsrail yığmasının futbolçusu Eli Dasa deyib.
Sabah Azərbaycan yığması ilə keçiriləcək Avro-2015-in seçmə oyunu ərəfəsində kapitan seçilən futbolçu oyundan öncə düzənlənən mətbuat konfransında çıxış edib: “Bu mənim üçün bir çağırışdı. Mən də bu çağırışıböyük məmuniyyətlə dəyərləndirməyə hazıram. Doğrudu, əvvəllər də kapitan olmuşam. Ancaqmillidə sarğını daşımaq daha sevindiricidi. Bu, mənə göstərilən etimadın göstəricisidi”.
Fanat.az