Topaz Premyer Liqasının XX turunun "Qarabağ" - "Xəzər Lənkəran" oyununun hakimlər briqadasında dəyişiklik edilib.
Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, yan xətt hakimi Coşqun Həsənovun hərarəti olduğu üçün əvəzlənib. Onun yerinə Kamran Bayramov təyinat alıb.
Qeyd edək ki, görüş bu gün keçiriləcək.
Fanat.az