"Açığı, komandada həyəcan hiss etdik. Bu həyəcan Gəncədə "Kəpəz"ə uduzduqdan sonra "İnter"lə oyunun motivasiyası fonunda yaranmışdı". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "İnter"lə heçə etdikləri oyundan sonra deyib.
Komandada olan çatışmazlıqlardan danışan baş məşqçi “İnter”ə qarşı oynamağın çətin olduğunu bildirib: "Futbolçular arasında aqressivlik hiss olunurdu. "İnter"lə oynamaq bizə xoş deyil. Çünki müdafiədə qapalıdılar. Orta sahədə Tagim Novruzovun olmaması özünü 90 faiz hiss etdirdi. O, komandanın liderlərindən birinə çevrilib. Orta sahədə top saxlaya bilmirdik. Adan Koronado yanvarın 5-dən bizə qoşulub. "Sumqayıt"la yoxlama oyununda zədə almışdı. Özəlliyi topla rəftarı, meydanı görməsidir. Avroliqada şansımız varsa, istifadə etməyə çalışacağıq".(CBC)
Fanat.az