"Qəbələ"nin kapitanı Dodo "Rəvan"a qarşı da oynaya bilməyəcək. Fanat.az xəbər verir ki, buna səbəb braziliyalı futbolçunun zədəsinin sağalmamasıdı.
"Sumqayıt"la oyunda iştirak edə bilməyən Dodo yenidən müayinədən keçib. Həkimlər ona istirahət etməyi məsləhət görüb. Kapitan bu səbəbdən XXII turda "Rəvan"a qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, Dodo bu mövsüm Premyer Liqada 16 oyun keçirib və 2 qol vurub.
Fanat.az