Ötən tur zədə səbəbindən “Sumqayıt”la oyunu buraxan AZAL-ın futbolçusu Murad Səttarlı artıq məşlərə başlayıb. Fanat.az xəbər verir ki, bir müddət həkim nəzarətində olan yarımmüdafiəçi “Rəvan”a qarşı forma geyə bilər.
Belə ki, həkimlər onun səhhətinin yaxşılaşdıgını və matça qədər tam hazır olacagını bildiriblər.
Qeyd edək ki, Murad fevralı 15-də keçirilən səhər məşqi zamanı əzələsini dartmışdı.
Fanat.az