13:21 28.02.2016 825

Futboldan uzaqalaşan azərbaycanlı futbolçu gül satır - MÜSAHİBƏ

Futbolda uğur qazanmaq üçün ağıl, güc, istedadla bərabər bəxt də mühüm rol oynayır. Elə futbolçular var ki, istedadlı olmalarına baxmayaraq, məhz bəxtsizlik ucbatından sevimli peşəsindən uzaqlaşıblar. Azərbaycanda belələri az deyil. Onlardan biri də Əvəz Rəhimovdu. 

Əvəz bir vaxtlar U-17-nin aparıcı futbolçularıdan idi. Hətta klubsuz olduğu halda belə, yığmaya dəvət alırdı. Sonradan “İnter"  Əvəzi heyətinə cəlb etdi və 3 illik müqavilə bağladı. İşlərin yaxşı getdiyi bir vaxtda baş vermiş olay Əvəzin gələcək karyerasını məhv etdi. Belə ki, məşqlərin birində futbolçu huşunu itirdi və... Əvəzlə hazırda Sumqayıtda çalışdığı gül mağazasında görüşüb söhbətləşdik. Buna qədər və sonra nələrin baş verdiyi haqda Əvəz özü danışacaq. 

- Əvəz, futbolsuz darıxmırsan?
- Çox darıxıram. Futbol bizim həyatımız olub. Təəssüf ki, məndən aslı olmayan səbəblərdən futboldan uzaqlaşmalı oldum.

- Klubsuz ola-ola yığmaya dəvət alan nadir futbolçularımızdan biri olmusan.
- Doğrudur. Hardasa 2007-08-ci illər olardı. Peşəkar klubum yox idi. Sumqayıtın gənclər komandası U-17 ilə yoxlama matçı keçirirdi. U-17-nin baş məşqçisi Şakir Qəribov idi. Oyunumu bəyənib məni yığmaya çağırdı. Yığmanın sayəsində “İnter"ə keçdim.

- Peşəkar səviyyədə ilk klubun deyəsən “Sumqayıt" olub.
- “Sumqayıt"dan əvvəl “İnter"lə 3 illik müqavilə bağlamışdım və o klubun əvəzedici komandasında oynamağa başlamışdım.  Sonradan icarə əsasında “Sumqayıt"a keçdim. O vaxt bu komanda I Divizionda çıxış edirdi. Baş məşqçi Baba Əsgərov məni komandaya dəvət etdi. Valideynlərim də Sumqayıta gəlməyi məsləhət gördülər. Zədəmi bərpa etmək baxımından “Sumqayıt" yaxşı variant idi. Baba müəllim hər oyunda mənə əsas heyətdə yer verirdi. Komanda Aqil Məmmədov kimi təcrübəli futbolçu oynayırdı. Hücumçu idim, çox oyunda vacib qollar da vurmuşdum. Hər şey yaxşı gedirdi. Hətta sonradan məlum oldu ki, komandanın Premyer Liqada oynamaq perspektivi yaranıb. 

- Futbolu səhhətindəki ciddi problemə görə atdığını bilirik. Həmin problem “İnter"də oynayanda yaranmışdı?
- Xeyr, “İnter"də qasıq nahiyəmdən ciddi zədə almışdım. 5-6 ay futboldan uzaq düşdüm. O vaxt dərk elədim ki, futbolçu kluba sağlam halda lazımdı.

- Niyə ki? “İnter" müalicə xərclərində kömək eləmədi?
- Kömək eləmədi deyəndə, sağlam olanda hamı deyir ki, səndən yoxdur, filan. Həmişə də problemləri həll edəcəklərini deyirlər. Elə ki, zədələndin, heç kimə lazım olmursan. Amma yenə də özlüyümdə zəmanənin belə tələb etdiyini  anladım.

- Təklif etmədilər ki, gəl, müalicəni üzərimizə götürək?
- Müalicə öz hesabıma oldu. Sağalandan sonra məşqləri bərpa etdim, “Sumqayıt"a gəldim və burada da az öncə qeyd etdiyim kimi, yaxşı forma yığmağa başlamışdım. Sadəcə, 5-6 ay futboldan uzaq qaldığım üçün düşünürdüm ki, ikiqat məşq etməliyəm ki, komanda yoldaşlarıma çatım. Yay idi. “İnşaatçı" stadionunda fərdi məşqlərimi davam etdirirdim. Həmin məşqlərin birində ürəyim tutub və huşumu itirmişəm. Hətta vəziyyət o dərəcəyə çatmışdı ki, ürək döyüntüləri demək olar ki, hiss olunmurmuş. Son anda xəstəxanaya çatdırıb elektroşok verə biliblər. Şükür Allaha, birtəhər ürəyin fəaliyyətini bərpa etmək mümkün olub. Sonra Mərkəzi Klinikada əməliyat olundum. Qısası, yenidən həyata qayıtdım.

- Amma futbola qayıda bilmədin.
- Oynaya bilərdim. Lakin həkimlər bunun riskli olduğunu bildirdilər.

- Ürəyindəki problem konkret nə idi?
- Damar genişlənməsi. O da həddən artıq yüklənmədən yaranmışdı. Bayaq dediyim kimi, uzun müddət futboldan uzaq qaldığımdan daha çox məşq etməliydim ki, əvvəlki formamı bərpa edim. Buna məcbur idim. Ancaq o cür ağır məşqlərin qarşısında gərək vitaminizasiya, qidalanma yaxşı olsun ki, bədən yüklənməyə dözə bilsinç. Yaxşı qidalanma üçün imkan yox idi. “Sumqayıt"dan da nə alırdıq ki, 200-300 manat maaş. O da bütün təminatları ödəmirdi. Qismət belə gətirdi ki, futboldan getməli oldum. Əsas odur ki, sağam, yaşayıram. 

- Ürəyin indi necədir?
- Əla, həyat üçün heç bir təhlükə yoxdur. Futbolun içində olub futbolla nəfəs alan adam üçün birdən-birə futbola kənardan baxmaq çox çətindi. Elə bil ki, səni qəfəsə salırlar ki, orada yaşa. Daha çox başqa şeyə görə təəssüflənirəm. Əgər həyatda ikinci dəfə mənə bu şans verilsəydi, başqa cür istifadə edərdim. İndi baxıram, gənc futbolçularımız, eləcə də mənimlə o vaxt oynayan futbolçular  işlərinə biganə, məsuliyyətsiz yanaşırlar. Eyni hal məndə də yaşanıb. Özüm də o yolu keçdiyim üçün istəmirəm indiki gənclər də eyni səhvi təkrarlasınlar. İnsan cavan olanda çox şeyin qədrini bilmir. Mən o vaxt yığmada Mirhüseyn Seyidov, Eşqin Quliyev, Bəxtiyar Soltanov, Emin Mustafayev, Maksim Medvedev kimi futbolçularla çiyin-çiyinə oynamışam. Bu gün onlara da məsləhətim budur ki, vaxtlarının qədrini bilsinlər. Daha da “artırıb" uğur qazanmaq üçün əlavə məşq etsinlər, vaxtlarını əyləncəyə, mənasız işlərə sərf etməsinlər. Əyləncə üçün gələcəkdə çox vaxt olacaq. İndi bütün diqqətlərini futbola yönəltməlidirlər.

- Çətin vaxtlarında hansı futbolçulardan, futbol adamlarından dəstək gördün?
- Maddi cəhətdən demək olar ki, heç kimdən. Amma mənəvi cəhətdən dəstək olanlar var idi. Emin Mustafayev, Mirhüseyn Seyidov, Eşqin Quliyev, Araz Abdullayevlə əlaqə saxlayırdıq. 

- Bəs, “İnter"dən, “Sumqayıt"dan, eləcə də AFFA-dan maddi dəstək olmadı? Axı, yığma komandanın üzvü idin. 
- Yox, qardaş. AFFA-ya müraciət etmək olardı. Amma həmin vaxt elə halda idim ki, heç nə yadıma da düşmürdü. Sonradan isə ağız açmadım.

- Səninlə bir yerdə yığmada oynamış hansı futbolçuya layiqli yerdə olmadığına görə təəssüflənirsən?
- Emin Mustafayevə görə. O vaxt U-17-də bizim kapitanımız olub. Çox istedadlı futbolçu idi. Məsələn, onun yeri bu gün I Divizion deyil.  Ən azından Premyer Liqanın ortabab klublarında oynamalıdır. Eyni zamanda Eşqin Quliyevin də adını çəkə bilərəm. Eşqinlə çox yaxın dost olmuşuq, səfərlərdə eyni otaqda qalmışıq. Ona görə xarakterinə daha yaxşı bələdəm. Bir az qəliz xasiyyəti vardı. Aqressiv, dalaşqan idi. Amma futbolçu kimi istedadına söz ola bilməzdi.

- Yeri gəlmişkən, deyilənə görə, Eşqində özündənrazılıq, lovğalıq var. Elə buna görə də uğur qazana bilmədi.
- Kənardan o cür görünə bilər. Amma yaxından tanıdığım üçün yaxşı insan olduğunu deyə bilərəm. Ondan heç bir lovğalıq, özündənrazılıq görməmişəm.

- Bəs, hansı futbolçu gözləmədiyin halda daha çox uğur qazandı?
- Mirhüseyn Seyidov. Həqiqətən çox “artırdı". Araz Abdullayevi xüsusi qeyd edərdim. Bu gün futbolumuz üçün lazımlı simadır. Onun meydandakı sərbəstliyi, topla davranışı, futbolu sevərək oynaması...

- Amma Arazın da xarakteri problemlidir...
- Açığı, son vaxtlar canlı ünsiyyətimiz olmadığı üçün dəqiq nəsə deyə bilmərəm. Amma o vaxtlar ondan da hər hansı bir lovğalıq, səhv hərəkət görməmişəm.

- Karyeranı bitirdikdən sonra məşqçi kimi işləmək istəmədin?
- Düzü ilk vaxtlar adamın əhvalı tamam başqa cür olur, futbola baxmaq belə istəmirsən. Amma zaman keçdikcə düşünürsən ki, futbol sənin içindədir, onsuz yaşaya bilmərsən, məcbursan futbola qayıtmağa. Başa düşürəm ki, futbolçu kimi futbola qayıda bilmərəm. Amma məşqçi kimi qayıtmağı istərdim. Şans olsa, imkan yaradılsa, bundan yararlanardım.

- Bəlkə AFFA-ya müraciət edəsən? Nəzərə alaq ki, sabiq məşqçin Şakir Qəribov hazırda Məşqçilər Şurasında yer alıb və sənə kömək edə bilər.
- Çox istərdim ki, belə bir şansım olsun. Çünki işləmək, öyrənmək həvəsim var.  İnanıram ki, futbolçu kimi qazana bilmədiklərimi məşqçi kimi qaytara bilərəm.

- Necə oldu ki, gül satışı ilə məşğul olmağa başladın?
- Hazırda işlədiyim gül mağazası dayımındır. O vaxt müalicədən sonra işsiz idim. Pis çıxmasın, biz idman adamı olmuşuq, futbolçu olmuşuq. Düzdür, öyünməli uğurlarımız yoxdur, amma işimiz futbol oynamaq idi. Başqa peşəni də bacarmırdım. Dayım onun yanında işləməyi təklif etdi. Demək olar ki, bu sənəti 70-80 faiz mənimsəmişəm. Hələ ki, buradayam, bilmədiklərimi də öyrənirəm. 

- Maraqlıdır, futbolçulardan sizin mağazaya yolu düşən, gül alan olub?
- Olub. Məsələn Emin Cəfərquliyevin toyunun gül işlərini biz təşkil etdik. Emin Mustafayev də müştərimiz olub. Tək futbolçular yox, digər idman növlərinin təmsilçiləri bizim mağazadan gül alıblar. Bu mənada Rafael Ağayevin adını çəkə bilərəm. Onunla münasibətimiz çox yaxşıdır, çətin vaxtlarda mənə mənəvi dəstək olub. 

- Deyən olub ki, qiymətdə endirim elə? Yoxsa əksinə, artıq pul veriblər?
- Endirim deyəndə ki, futbol oynadığım dönəmdə ailəmdən çox onları görmüşəm, onlarla qalmışam. Hamısı qardaşlarımızdı. Ona görə aramızda pul söhbəti ola bilməz. Nəinki endirim etmək, hətta onlara havayı qulluq göstərmək borcumdur.

- İlk vaxtlar bu işə başlayanda sıxıntı, utancaqlıq var idi? 
- Əlbəttə, var idi. Çünki birdən-birə sevimli peşəmdən ayrılıb sənə yad olan tamam başqa sahəyə düşmüşdüm. İstər-istəməz sıxılırdım. İndinin özündə də bu sıxıntı qalmaqdadır. Çünki hamı səni istəmir. Doğrudur, indiki durumuma üzülənlər çoxdur. Amma... Hiss eləyirəm ki, bu günümə sevinənlər də var. Belələrinə sözüm yoxdur. Allah bilən məsləhətdi, heç kim bilmir axırı necə olacaq.

- O vaxt U-17 yığmamızla Avropa çempionatında mərhələ keçmişdiniz. Həmin oyunları necə xatırlayırsan?
- Həmin turnir mənim üçün yaddaqalan oldu. Son turda Danimarka ilə qarşılaşırdıq və növbəti mərhələyə keçmək üçün bizə 1 xal da bəs edirdi. Sona 7-8 dəqiqə qalmış ayağımda qıcolma yarandı. Düzdür, ehtiyatda futbolçu var idi. Amma Yaşar Vahabzadə dedi ki, oynamalısan. Yaşar müəllim məni elə ruhlandırdı ki, axıra kimi oynadım. Yekunda heç-heçə edib növbəti mərhələyə vəsiqə qazandıq.

- Maraqlıdır, həmin vaxt mərhələ keçməyə görə nə qədər mükafat verdilər?
- Adama 1000 manat.

- Həmin pulu hara xərcləmişdin?
- Atamgilə. İndinin özündə də qazandığım pulu evə verirəm. Bədxərc deyiləm.

“Het-trik news” qəzeti
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X