"Qarabağ"ın yeni transferi Rahid Əmirquliyev yenidən problemlə üzləşib. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi "Sumqayıt"la kubok oyununda zədəsini təzələyib. Zədənin ciddi olduğu bildirilir.
Qeyd edək ki, qışda "Xəzər Lənkəran"dan "Qarabağ" keçən Rahid məşqdə zədələnmişdi. Bu səbəbdən o, 19, 20 və 21-ci turun oyunlarında oynaya bilməmişdi.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol