Konqo yığmasının düşərgəsində olan Ulriş Kapolonqo hələ Bakıya qayıtmayıb. Fanat.az xəbər verir ki, hazırda vətənində olan forvard sabah "Qarabağ"ın düşərgəsinə dönəcək.
Qeyd edək ki, Kapolonqo Nigerlə DÇ-2014-ün seçmə mərhələsinin oyununda meydana çıxıb. 76-cı dəqiqədə fərqlənən "Qarabağ"ın futbolçusu komandasının 1 xal qazanmasına səbəb olub - 2:2. Hazırda Niger 11 xalla C qrupunda ikinci pilləni tutur və lider Burkina Fasodan 1 xal geri qalır.
Fanat.az