Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, yarımfinala yüksələn 4 komandanın adı bəllidi.
İlk oyunda "Zirə"ni səfərdə 2:1 hesabı ilə məğlub edən "Qəbələ" doğma azarkeşləri önündə rəqibini darmadağınla yola salıb - 5:1. Bununla da "qırmızı-qaralar" yarımfinalda "Xəzər Lənkəran"ı udan "Neftçi"yə rəqib olub.
"Qarabağ" da cavab matçını darmadağınla başa vurub. "Sumqayıt" səfərdə 4:1 hesabı ilə məğlub edən ağdamlılar "Rəvan" səddini keçən "İnter"ə rəqib olub.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
9 mart
"İnter” - "Rəvan” - 3:0
Qollar: Nika Kvekveskiri, 31. Sezar Meza Kolli, 65. Vüqar Nadirov, 85.
(ilk oyun - 1:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
Bakı. "İnter Arena”.
"Sumqayıt” - "Qarabağ” - 1:4
(ilk oyun - 0:2)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov.
Sumqayıt. "Kapital Bank Arena”.
"Qəbələ” - "Zirə” - 5:1
Qollar: Aleksey Qay, 5, 12, Rəşad Sadiqov, 16, Rəşad Eyubov, 65, Ermin Zets, 79 - Nurlan Novruzov, 36.
(ilk oyun - 2:1)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.
"Neftçi” - "Xəzər Lənkəran” 2:0
Qollar: Ruslan Qurbanon, 60-pen. Araz Abdullayev, 64.
(ilk oyun - 2:3)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov.
Bakı. "Bakcell Arena”.
Fanat.az