"Neftçi" Azərbaycan çempionatında yubiley qolunu vurub. Fanat.az xəbər verir ki, paytaxt klubu çempionatlar tarixində 1200-cü qola sevinib.
Yubiley qoluna "ağ-qaralar"ın çilili futbolçusu Nikolas Kanales imza atıb. O, AZAL-la oyunun 60-cı dəqiqəsində fərqlənib və komandasına bir qol qazandırıb. Bu qol çempionatlar tarixində 1200-cü olub və Kanales "Neftçi"nin tarixinə düşüb.
Qeyd edək ki, "Neftçi"nin milli çempionatdakı ilk qolunu 1992-ci ilin 8 mayında Yunis Hüseynov vurub. O, Sumqayıt "Xəzər"inin qapısına yol tapıb. "Ağ-qaralar"ın 1000-ci qoluna isə Araz Abdullayev imza atıb. Yarımmüdafiəçi 2011-ci ilin 4 dekabrında "Simurq"u məyus edib.
Fanat.az