"Sumqayıt"la oyunda 1:2 hesabı ilə uduzan "Rəvan" iki itki ilə üzləşib. Fanat.az xəbər verir ki, paytaxt klubunun iki üzvü bu oyunda zədələnib.
30-cu dəqiqədə Saşa Yunisoğlu zədə alıb və oyunu davam etdirə bilmədiyindən yerini Nuran Qurbanova verib. İkinci yarının əvvəlində isə Elvin Əliyev ağır xədə alıb. Müdafiəçiyə ilkin tibbi yardım təcili tibbi yardım maşınında edilib və həmin avtomobillə xəstəxanaya aparılıb. Onu Cəmşid Məhərrəmov əvəzləyib.
Fanat.az