"Xəzər Lənkəran"ın Premyer Liqada qol həsrəti başa çatıb. Fanat.az xəbər verir ki, cənub təmsilçisi çempionatda 15 oyunluq "qol orucu"nu "Sumqayıt"la oyunda pozub.
"Xəzər Lənkəran" sonuncu dəfə ötən ilin 2 noyabrında "Rəvan"ın qapısına yol tapmışdı. XI tur çərçivəsində baş tutan qarşılaşmanın 80-ci dəqiqəsində Elnur Cəfərov fərqlənmişdi. Həmin qarşılaşmadan sonra qola həsrət qalan "Xəzər Lənkəran" bu müddətdə 15 oyuna çıxsa da, 149 gün və ya 1407 dəqiqədə bu sevinci rəqib qapılarına yola tapa bilməmişdi.
"Ağ-yaşıllar" bu gün "Sumqayıt"la oyunda qol sevinci yaşayıb. 47-ci dəqiqədə penaltini qola çevirəqn Zaman Mirzəzadə uğursuz seriyaya son qoyub. Amma "Xəzər Lənkəran" bundan sonra 2 qol buraxaraq uduzub - 1:2.
Qeyd edək ki, "Xəzər Lənkəran" artıq 16 oyundu qələbə qazana bilmir.
Fanat.az