"Sumqayıt" səfərindən 1:2 hesablı ilə məğlubiyyətlə qayıdan “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək. Fanat.az xəbər verir ki, “Sumqayıt”la matçdan sonra doğma şəhərə qayıdan cənub təmsilçisi martın 31-də oyunsonrası bərpa məşqini keçirəcək.
Sonrakı iki gündə də istirahət etmədən intensiv hazırlıq planına uyğun çalışacaq komanda çempionatın növbəti turunda “Qarabağ”la çətin oyuna çıxacaq.
Qeyd edək ki, bu görüş Premyer Liqanın XXVIII turu çərçivəsində aprelin 3-də Lənkəranda baş tutacaq.(12cioyuncu.info)
Fanat.az