Topaz Premyer Liqasında XXVIII turun bütün təyinatları açıqlandıb. Fanat.az xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab olunan "Qəbələ" - "İnter" görüşü Rəhim Həsənova tapşırılıb.
"Xəzər Lənkəran" - "Qarabağ" oyununu Ramil Diniyev idarə edəcək. "Zirə" - "Sumqayıt" matçında FIFA referisi Əliyar Ağayev fit çalacaq.
"Rəvan" - "Neftçi" görüşü Ömər Paşayevə, AZAL - "Kəpəz" oyunu sabiq FIFA referisi Fariz Yusifova tapşırılıb.
3 aprel
15.00 AZAL - Kəpəz
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
“AZAL Arena” (canlı / CBC Sport).
16.00 Xəzər Lənkəran - Qarabağ
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
16.00 Zirə - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zirə İdman Kompleksinin stadionu.
17.00 Rəvan - Neftçi
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əli Hüseynov.
“Bayıl Arena”.
19.00 Qəbələ - İnter
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu (canlı / CBC Sport).
Fanat.az