"Zirə" Premyer Liqanın XXVIII turunda "Sumqayıt"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi güclülər dəstəsinə cari mövsümdə çıxdığından komandalar arasında 4-cü matç baş tutacaq.
Bundan əvvəl baş tutan 3 oyundan 2-də "Zirə" qələbə qazanıb, digəri "sülh"lə bitib. Debütant rəqibindən 3 top artıq vurub - 5:2.
Paytaxtdakı yeganə qarşılamada hər iki komanda qol vurub, meydan sahibləri qalib gəlib.
13.09.2015 | Sumqayıt – Zirə (Bakı) | 0:0 |
07.11.2015 | Zirə (Bakı) – Sumqayıt | 3:2 |
06.02.2016 | Sumqayıt – Zirə (Bakı) | 0:2 |
Fanat.az