Topaz Premyer Liqasının XXIX turunda evdə "Qəbələ"ylə 1:1 hesablı heç-heçə edən "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov oyunla bağlı danışıb. Fanat.az xəbər verir ki, Abbasov matçdan sonra bunları deyib:
"İstədiyimiz oyunu oynaya bilmədik. Heç-heçə oyunun ədalətli nəticəsidi. Yayda komandada böyük dəyişikliklər olacaq. Ağabala Ramazanov azarkeşi təhqir etməklə böyük səhv edib. O, mütləq cəzalanacaq. Ramazanovun təhqir etdiyi azarkeş bizim ən sadiq azarkeşlərimizdəndi. Sumqayıtlı balası olaraq, Azad kişidən üzr istəyəcəm".(Komanda.az)
Fanat.az